Tanınmış şirkətin əməkdaşı bankdan oğurluq edərkən tutuldu

Ağcabədidə oğurluqla məşqul olan dəstə yaxalanıb. "Report"un məlumatına görə dəstənin üzvlərindən biri, Atena süd emalı zavodunda mühafizəçi işləyən Ağcabədi şəhər sakini 25 yaşlı Elmir Gülmalıyev olub. Dəstənin digər üzvləri 24 yaşlı Cəmaləddin Hüseynov və 39 yaşlı Xəyal Talıbovdur.

Rayonda yerləşən kredit təşkilatından oğurluq etdikləri zaman rayon polisi tərəfindən hadisə yerindəcə yaxalanan dəstə üzvlərinin istintaq zamanı digər əməllləri də ortaya çıxıb.

"İnkişaf üçün Maliyyə" MMC-nin Ağcabədi filialının direktoru Vaqif Vəliyev şikayət ərizəsi ilə rayon polis şöbəsinə müraciət edib. O bildirib ki, naməlum şəxslər Agcabədi şəhər Ü. Hacıbəyov prospektində yerləşən "İnkişaf üçün Maliyyə" MMC-nin Ağcabədi filialının binasınıln arxa tərəfində, pəncərənin dəmir barmaqlıqlarını kəsərək binaya daxil olublar. Binaya girən zaman oğrular tanınmamaları üçün maskadan istifadə ediblər.

Binanın içərisində filiala məxsus seyfi dəmir alətlərlə sındıraraq içərisində olan 235 manat nağd pulu ogurlayıblar. Binanın içində olan əmanət ödəmə aparatını sındıraraq içərisində olan kassa qabını çıxarıblar .

Həmçinin "Modenis" MMC-dən rayon polis şöbəsinə daxil olan ərizədə bildirilib ki, gecə naməlum şəxslər Ağcabədi rayon Ü. Hacıbəyov prospektində yerləşən "İnkişaf üçün Maliyyə" BOKT-da İD-nömrəsi 1470 olan e-manat ödəmə terminalının qapısını sındırmaqla kasetin daxilində olan 10 min 879 manat pul oğurlanıb.

Bundan başqa Ağcabədi şəhəri sakini Rüfət Novruzov polis şöbəsinə müraciət edərək, üzlərinə maska geyinmiş iki nəfərin H.Əliyev prospektində, ona məxsus mağazandan oğurluq etmək istədikləri zaman kilidin səsinə yaxınlıqda yaşayan şəxslərin çölə çıxması qarətçilərin arzusunu gözündə qoyub. Və onlar hadisə yerindən qaçıblar.

Oğurluqla məşqul olan dəstə üzvləri Ağcabədi Rayon Dövlət Notariat Konturundan da oğurluq ediblər.

Hazırda faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar