Azərbaycanlıların olduğu düşərgədəki yanğına görə mükafat təyin olundu

“Almaniyanın Noyştat-Valdnab şəhərində yerləşən qaçqın düşərgəsində baş vermiş yanğınla bağlı şübhəli şəxslərin müəyyən edilməsi hələ mümkün olmayıb”. Almaniyanın Azərbaycandakı Səfirliyindən APA-ya verilən məlumata görə, bu barədə şəhər polisi məlumat verib. Bildirilir ki, hadisəyə dair istintaq davam edir: “Vayden şəhər kriminal polis inspeksiyası yanğın hadisəsi ilə bağlı məlumatı olan və ya hadisənin şahidi olmuş vətəndaşları istintaqa kömək etməyə çağırıb. Hadisənin araşdırılması və ya hadisəni törədənlərin yaxalanması üçün yararlı ola biləcək məlumatlara görə polis 2000 avro məbləğində mükafat müəyyən edib”.

Qeyd edək ki, hadisə avqustun 21-də baş verib. Yanğının baş verdiyi binada cəmi 3-ü azyaşlı olmaqla, 10 nəfər Azərbaycan, 2 İran, 2 Ukrayna, 2 Kosovo, 2 Ermənistan, 1 Konqo vətəndaşı məskunlaşıb. Binada yaşayan iranlı şəxs öncə, qonaq üçün nəzərdə tutulmuş otaqda yanğın tüstüsü hiss edib, daha sonra oradan iki nəfərin qaçdığını görüb. Daha bir nəfər qaçan şəxsləri binanın qarşısında gözləyib. Yanğın nəticəsində bina sakinlərindən xəsarət alan olmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar