Türkiyəyə istirahətə gedən azərbaycanlılar azalıb

2015-ci ilin İyul ayında Türkiyəyə 82 min 307 azərbaycanlı səfər edib.

Bu barədə Türkiyənin Turizm və Mədəniyyət Nazirliyindən xəbər verilib. Məlumata əsasən, ötən ilin eyni ayı (79 min 915 nəfər) ilə müqayisədə Türkiyəyə gedən azərbaycanlıların sayı 3% artıb.

2015-ci ilin yanvar-iyul aylarında isə Türkiyəyə 347 min 946 Azərbaycan vətəndaşı səfər edib, bu, ötən ilin anoloji dövrü ilə müqaysədə 1.04% azdır. Ötən ilin 7 ayında Türkiyəyə 351 min 608 azərbaycanlı səfər etmişdi.

Türkiyəyə gələn xarici turistlərin 1,7%-ni azərbaycanlılar təşkil edir.

Türkiyəyə bu ilin İyul ayında gələn turistlərin sayı, ötən ilin eyni dövrü ilə müqayisədə 5,10% artıb. 7 aylıq dövrdə turistlərin sayı isə 0,38 faiz azalma ilə 20,4 milyon olub. Türkiyəyə ən çox xarici turist Almaniya, Rusiya və İngiltərədən gedir.

2015-ci ilin Yanvar-İyul dövründə Türkiyəyə ən çox turist göndərən ölkələr ardıcıllığında Almaniya 14,27% (2 908 058) ilə birinci, Rusiya 10,51% (2 140 874) ilə ikinci, Böyük Britaniya 6,73%, (1 371 869) üçüncü yerdədir.

Türkiyəyə ən çox turist İyun-İyula aylarında gedir. /"Marja"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar