Krım bizimdir, Donbası verin!

Ukraynalılar, Siz BUNU ciddi şəkildəmi «ağlayırsınız»?

Siz, inkişafın Avropa yolunu seçmişlər, Avropaya belə əhali ilə gəlmək fikirləşirsiniz? Yox, gerçəkdən, Krım hər-halda bizimdir - Stalinlə, Aksyonovla, Krım tatarlarına qarşı repressiyaları və sairə və digər nəsnələri ilə birlikdə.

Donbas da eləcə. Siz nə üçün əsgərlərinizi oraya ölməyə göndərirsiniz? Nə üçün? Gerçəkdən də rus əhalisi olan insanları - torpaq yeməyə və Putin uğrunda, Stalin uğrunda, Seçin uğrunda, Rotenberq uğrunda ölməyə hazır olan əhalini öz tərkibinizdə saxlamaq üçünmü?

Əşi, Donbası verin Putinə, qoy götürsün. Dünyanın normal kəsimi, haralarda ki, insan həyatının qiyməti var, oralar bundan yalnız udar - insanlar daha ölməz, Kiyev daha öz hesabına Kremlin bombalayıb viran qoyduqlarını bərpa etməyə məcbur qalmaz, Ukrayna xırdaca milli Avropa ölkəsinə çevrilər. Zərər çəkmiş tərəf kimi, Avropa İttifaqı onu öz tərkibinə daha tez qəbul edər, nəinki başqa situasiyada.

Onsuz da bölgənin bütün resursları Sizin oliqarxlar tərəfindən talan olunub. Ukraynada qalmaq istəyənlərin köçürülməsi proqramı da daha ucuz başa gələr, nəinki müharibə aparmağa və sonra da onun nəticələrini aradan qaldırmağa çəkilən xərclər.

Başlıcası isə dünya «Putin Rusiyası» adlı əjdahadan yaxa qurtarmaq şansı əldə edər. Göründüyü kimi, Krım bu rejimi demək olar, «udub», amma axıra qədər yox. Donbas bu prosesi başa çatdıra bilər.

Rusiya prezidentinə bu hədiyyəni edin. Ad gününə. Bu, ən dar günc olacaq ki, oradan sterxlərin (sterx - kökü kəsilməkdə olan ağ durna növü) ən bacarıqlı əhlləşdiricisi və ya batiskafların (batiskaf - dəniz suyunun dərin qatlarını tədqiq etmək üçün istifadə olunan sualtı aparat) fəthi üzrə çempionlar belə çıxa bilməyəcək.

Karina Orlova, jurnalist <http://echo.msk.ru/blog/karina_orlova/>

Rusacadan çevirdi: Mirzə AĞ

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar