"Əsrin müqaviləsi" indiyədək 115 milyard dollar gəlir gətirib

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən bu il sentyabrın 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 115 092 milyon ABŞ dolları gəlir əldə edib.

Bu barədə "AzərTAc"-a ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Məlumata görə, bu ilin 8 ayında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 4 941 milyon dollar vəsait daxil olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar