Səudiyyə Ərəbistanı ordusu Yəmənə girdi - FOTO

Səudiyyə Ərəbistanı ordusu Yəmənə daxil olub. ANS PRESS-in məlumatına görə, bunu Yəmənin xarici işlər naziri Riyad Yasin də təsdiqləyib. O, husilərə qarşı hərbi koalisiyanın ölkəyə quru yolla girdiyini bildirib.Riyad Yasinin sözlərinə görə, ölkəyə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) qoşunları daxil olub.

İndiyədək Səudiyyə Ərəbistanı və onun tərəfdaşları (Küveyt, Bəhreyn, BƏƏ, Qətər,İordaniya, Pakistan, Misir, Sudan) Yəmən ərazisində bir sıra hərbi əməliyyatlar keçirib.

Ölkəyə vurulan hərbi zərbələr nəticəsində onlarla insan həlak olub. Avia zərbələrdən birində 30 insan həlak olub. Daha əvvəl Paytaxt Sənaya endirilən hava zərbələri zamanı isə ölənlərin sayı 65-ə çatıb.

Avqustun 30-da Yəmənə endirilən hava zərbəsi nəticəsində yaranan çuxur

Fars Körfəzi Ölkələrinin Əməkdaşlıq Şurası bu zərbələr haqqında bəyanatında bildirib ki, Yəmənin bombardman edilməsi ölkənin prezidenti Abd Rabu Mənsur Hadinin ölkəni husilərdən qorumaq xahişinə cavabdır.

Husilərin rəsmi nümayəndəsi Məhəmməd əl-Buxaiti isə bildirib ki, onlar İranın köməyi olmadan belə koalisiya hücumlarına qarşı müqavimət göstərməyə hazırdırlar. Husilərin əsas tərəfdaşlarından biri sayılan İranın Xarici İşlər Nazirliyi isə koalisiyanın hərbi müdaxiləsini pisləyib. İran rəsmisi bunu "ölkədə böhranı daha da dərinləşdirəcək aqressiya" adlandırıb və "bütün hərbi əməliyyatları və hava zərbələrini dərhal dayandırmağa çağırıb".

Yəməndəki hərbi əməliyyatların nəticəsi

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar