Bakıda məşhur məktəbin qarşısında aksiya

Bakıda 20 nömrəli məktəbin qarşısında aksiya keçirilib.ANS PRESS-in verdiyi məlumata görə, bir bir qrup müəllim, valideyn və şagird bir müddət əvvəl sökülən məktəbin qarşısına toplaşaraq köhnə məktəblərinin barpa edilməsini tələb ediblər.

Valideynlərin sözlərinə görə, onlara məktəb söküldüyü üçün övladlarını başqa məktəblərə aparmaq tövsiyyə edilib. Lakin onların başqa məktəbə aparmağa imkanı yoxdur.

“Mənim üç övladım var. Bu məktəb evimizə yaxın idi. Onları başqa məktəblərə göndərmək üçün imkanım yoxdur. Çünki hər bir övladıma ayda 40 manat yol pulu verməliyəm.”-deyə valideynlərdən biri bildirib.

Valideynlər problemlə bağlı ölkə başçısı İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya müraciət də ediblər.

Müəllimlərin narazılığına səbəb olan isə başqa məktəblərə köçürülmələri, buna görə də dərs saatlarının azaldılması, nəticədə də az maaş almalarıdır.

Aksiya dinc şəkildə keçirilib. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilsə də aksiyaya müdaxilə etmiyiblər.

Məktəb bir il bundan əvvəl sökülüb. Müəsisədə təhsil alan şagirdlərin isə “Gənclik” mertosu yaxınlığındakı ehtiyat məktəbə köçürüləcəyi bildirilirdi.

Aksiyadan foto

1958-ci ildən istifadədəyə verilən 20 saylı məktəbin ibtidai siniflərində təhsil alan 1450 şagirdi 175 saylı məktəbə, yuxarı siniflərdə təhsil alanlar isə metronun “Gənclik” stansiyasının yaxınlığındakı 325 saylı məktəbə köçürülmüşdü.

20 nömrəli məktəbin eskizi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiqlənib. Tikintisinin 2016-2017-ci ildə başa çatdırılması planlaşdırılır.

Sökülən 20 nömrəli məktəb

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar