PKK-çılar yol polisi idarəsinə hücum etdi: 3 yaralı

Türkiyənin Elazığ şəhərində PKK silahlıları yerli yol polisi idarəsinə hücum edib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, nəticədə 3 polis əməkdaşı yaralanıb.

Yaralananlar xəstəxanaya çatdırılıb. Onlardan 1-in vəziyyəti ağır kimi qiymətləndirilir.

Terrorçuların zərərsizləşdirilməsi istiqamətində bölgədə genişmiqyaslı əməliyyat başlanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar