Azərbaycan millisi bu gün Xorvatiya yığması ilə qarşılaşacaq

Bu gün AVRO-2016-nın seçmə qrup mərhələsində Azərbaycan millisi doğma meydanda Xorvatiya yığmasını qəbul edəcək. "Report"un məlumatına görə, qarşılaşma "Bakcell Arena"da baş tutacaq.

Robert Prosineçkinin rəhbərlik etdiyi komanda bugünkü görüşdə qalib gələcəyi təqdirdə xal ehtiyatını artıraraq, 7-yə çatdıracaq. Xorvatiya isə 3 xal sayəsində final mərhələsinə birbaşa vəsiqə şansını xeyli yüksəldəcək.

Görüşü maraqlı edən bir neçə amil var ki, bunlardan biri yığma komandanın baş məşqçisi Robert Prosineçkinin xorvatiyalı olmasıdır. Prosineçkinin komandası bu gecə onun həmyerlilərinə qarşı mübarizə aparacaq.

Digər amil isə Azərbaycan millisinin Berti Foqts dönəmində Osiyekdəki ilk matçda 0:6 hesabı ilə uduzmasıdır. Məhz bir il öncə qeydə alınmış böyük hesablı məğlubiyyətdən sonra Foqts istefaya göndərilib. Bu dəfə isə yığma daha inamlı, iddialı və aqressivdir.

AVRO-2016

Seçmə mərhələ

H qrupu

3 sentyabr

21:00. AZƏRBAYCAN - Xorvatiya

Baş hakim: Ruddi Buke

Yan xətt hakimləri: Jiyom Debar, Siril Qrinqor

Əlavə köməkçi hakimlər: Fredi Fotrel, Amori Delerü

Dördüncü hakim: Filipp Jann (hamısı Fransa)

UEFA nüümayəndəsi: Jan-Fransua Kruk (Belçika)

UEFA hakim-inspektoru: Vitor Melo Pereyra (Portuqaliya)

Bakı, "Bakcell Arena"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar