Hərbi xidmətdən boyun qaçıranların sayında artım var

Ötən il Azərbaycanda 84 nəfər fərari kimi qeydiyyata alınıb.

Bu barədə azvision.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, rəsmi statistikaya əsasən, ölkə ərazisində hərbi xidmətdən boyun qaçıranlar da var.

Belə ki, 36 nəfər hərbi xidmətdən boyun qaçırıb, 190 nəfər isə hərbi xidmət əleyhinə cinayət törədib. Ötən illə müqayisədə hərbi xidmətdən boyun qaçıranların sayında artım olub.

2013-cü ildə 16 nəfər hərbi xidmətdən yayınıbsa, bir ildən sonra bu rəqəm 20 nəfərə kimi artıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar