İlham Rəhimov qəti qərar verib - Deputatlığa namizəd olmayacaq

“İlham Rəhimovun bu il keçiriləcək parlament seçkilərinə qatılması barədə yayılan informasiyalar yalandır, şayiədən başqa bir şey deyil”. Bunu Modern.az-a açıqlamasında tanınmış iş adamı, professor İlham Rəhimovun mətbuat xidmətinin rəhbəri Xanoğlan Əhmədov adıçəkilən biznesmen haqqında mətbuatda yazılanlara münasibət bildirərkən deyib.

Xanoğlan Əhmədov həmçinin vurğulayıb ki, İlham Rəhimovun kiminsə deputat olmaq istəyini əngəlləməsi həqiqəti əks etdirmir. “Mətbuatda mütəmadi olaraq İlham Rəhimov haqqında haqsız yazılar dərc olunur.

İlham Rəhimov isə haqqında yazılanlara dözümlü yanaşır. Amma, İlyas İsmayılovla bağlı adının hallanmasına İlham Rəhimovun münasibəti çox pisdir. Digər tərəfdən o, siyasətlə məşğul olmaq istəmədiyini müsahibələrində dəfələrlə bəyan edib. Ona görə də builki parlament seçkilərinə qatılmamaq fikri qətidir. Nəinki Tovuz-Ağstafa-Qazax, heç bir dairədən namizəd olmayacaq. Əgər İlham Rəhimovun deputat olmaq fikri yoxdursa, adını çəkdiyiniz şəxsin deputatlığa namizəd olmasını niyə əngəlləsin ki?!”.

Qeyd edək ki, İlham Rəhimovun 106 saylı Tovuz-Ağstafa-Qazax seçki dairəsindən deputatlığa namizədliyini irəli sürməyə hazırlaşan İlyas İsmayılova əngəllər yaratmaq istəməsi barədə iddialar var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar