AZAL-ın işçiləri tətilə başlayıb?

AZAL-ın bir qrup işçisi mətbuata açıqlama verərək, maaşların azaldılacağı ilə bağlı rəhbərliyin onlara xəbərdarlıq etdiyini bildirib. Bununla razılaşmayan həmin əməkdaşların 3-4 gündür işi boykot edərək tətilə başladığı bildirilir. Narazı işçilər deyirlər ki, maaşların azaldılması rəhbərlik tərəfindən ay ərzində iş günlərinin məhdudlaşdırılması ilə izah olunur. Amma işlərinin qarşılığında indi də az - 350-400 manat məvacib alan işçilər bununla razılaşmır.

Modern.az-a açıqlama verən Azərbaycan Hava Yolları (AZAL) Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “Hazırda aeroportdayam. İşçilərin hamısı iş başındadırlar. Maaşların azaldılması ilə bağlı heç bir xəbərdarlıq da edilməyib. Yayılan məlumatlar şayiədir”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar