Beynəlxalq Bank da Lüksemburq iddiasına cavab verdi

Azərbaycan Beynəlxalq Bankı “Yeni Müsavat” qəzetinin son sayında Bankın Lüksemburq filialında maliyyə maxinasiyalarının həyata keçirilməsi, çirkli pulların yuyulması ilə bağlı irəli sürülən iddialara reaksiya verib.

Bankın mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli qəzetimizə açıqlamasında Beynəlxalq Bankın Lüksemburqda filialının deyil, nümayəndəliyinin fəaliyyət göstərdiyini bildirib. Onun sözlərinə görə, “Banklar haqqında” Azərbaycan Respublikası qanununa görə, bankın nümayəndəliyinin bank fəaliyyəti ilə məşğul olmaq, eləcə də hər hansı maliyyə əməliyyatları aparmaq hüququ yoxdur: “Nümayəndəlik yalnız Bankın mənafelərini xaricdə təmsil və müdafiə edən, yəni xarici partnyorlarla danışıqların aparılması, tərəfdaşlıq əlaqələrinin qurulması və s. bu kimi vəzifələri yerinə yetirən bölmədir. Ona görə də Azərbaycan Beynəlxalq Bankının Lüksemburq nümayəndəliyi barədə irəli sürülən iddiaların heç bir əsası yoxdur”.

Həmin nümayəndəliyin rəhbəri olan Cahangir Rzayevə gəlincə isə, Y.Cəfərli onun Azərbaycan Beynəlxalq Bankında uzun müddətdən bəri çalışdığını, peşəkar bank işçisi olduğunu və məqalədə qeyd edilmiş şirkətlər və əməliyyatlarla hər hansı bir əlaqəsinin olmadığını bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar