Azərbaycandan İŞİD-ə gedən yol bağlandı?

Türkiyənin İraq İslam Şam Dövləti (İŞİD) kimi tanınan terror qruplaşmasına silahlı hücumların etməsi, Azərbaycandan Türkiyə vasitəsi ilə İŞİD-ə qoşulanların sayına təsir edə bilər.

Məsələ ilə bağlı musavat.com-a milli təhlükəsizlik nazirinin keçmiş müavini Sülhəddin Əkbər danışıb. Onun sözlərinə görə, Türkiyənin İŞİD-ə qarşı əməliyyatlara başlaması region üçün təsiri olacaq:

“Türkiyənin hazırda apardığı əməliyyatlar, İŞİD-ə bu ölkə üzərindən qoşulmaq istəyənlərin, müəyyən dərəcədə qarşısını alacaq. Ancaq onu da nəzərə almaq lazımdır ki, İŞİD-də qoşulmaq üçün yeganə yol Türkiyə üzərindən deyil. İŞİD-ə qarşı mübarizə İraq və Suriya ərazisində şiddətləndikcə, bu qruplaşmaların digər ərazilərə yayılması ehtimalı da artır. Dolayısı ilə İŞİD-in Azərbaycanda yaxud da, Şimali Qafqazda, Mərkəzi Asiyada əməliyyatlara başlaması ehtimalı getdikcə artır. Bu gün İŞİD-ə qarşı aparılan əməliyyatlar müəyyən nəticələr versə də, bu terror qruplaşmasının aradan qaldırılması üçün yetərli deyil. Doğrudur ki, İŞİD-ə qarşı geniş koalisiya yaranıb. Ancaq onların əsas əməliyyatları hava hücumlarından təşkil olunub. Hesab edirəm ki, İŞİD-i havadan bombalamaqla, onu tam aradan qaldırmaq mümkün deyil. İstənilən terror təşkilatı ilə mübarizə, hər tərəfli- siyasi, iqtisadi, hərbi, psixoloji və sairə daxil olmaqla aparılmalıdır”.

S.Əkbər Türkiyənin İŞİD-ə qarşı mübarizəyə başlaması barəsində isə aşağıdakıları söyləyib:

“Bu birdən-birə başlayan hal deyil. Türkiyənin maraqları baxımından qiymətləndirdikdə görmək olar ki, hazırda İraq və Suriyada çox mürəkkəb hal yaranıb. Türkiyə bir dövlət olaraq, İŞİD-lə mübarizədə müxtəlif taktikalar həyata keçirdi. İŞİD birbaşa Türkiyənin maraqlarını təhdid etməyə başladıqdan sonra isə, onlar terror qruplaşmasına qarşı ciddi mübarizəyə başladılar. Bu gün də onlar açıq şəkildə İŞİD-ə qarşı mübarizəyə qoşulublar. Bütün bunlar yuxarıda qeyd etdiyim kimi İŞİD-ə Türkiyə üzərindən qoşulanların sayının azalmasına səbəb olacaq”.

Qeyd edək ki, dünən Milli Təhlükəsizlik Nazirliyi İŞİD terror təşkilatının fəaliyyətində iştirak edən şəxsləri saxlayıb

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar