Cavid Hüseynov "Qəbələ"-nin heyətinə qaytarıldı

"Qəbələ" klubu futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsi üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.ANSPRESS-in məlumatına görə şimal klubumuzun sifariş vərəqəsində 22 futbolçunun adı var. Onlardan üçü qapıçı, yeddisi müdafiəçi, səkkizi yarımmüdafiəçi, dördü hücumçudur. Maraqlıdır ki, jurnalist Rasim Əliyevin ölümündə ittiham olunan və hazırda həbsdə olan Cavid Hüseynovun adı da bu siyahıda var. Sifariş vərəqəsində yer alan oyunçularla sizi tanış edirik.

Qapıçılar: 1. Andrey Popoviç, 22. Dmitri Bezotosnı, 33. David Petrkeviç;

Müdafiəçilər: 3. Voyislav Stankoviç, 8. Məhəmməd Mirzəbəyov, 15. Vitali Vernidub, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 34. Ürfan Abbasov, 44. Rafael;

Yarımmüdafiəçilər: 5. George Floresku, 6. Rəşad Sadiqov, 10. Dodo, 14. Cavid Hüseynov, 19. Alekesy Qay, 66. Samir Zərgərov, 70. Vaqif Cavadov, 88. Derlis Meza Kolli;

Hücumçular: 7. Ermin Zets, 9. Sergey Zenyov, 32. Fakundo Pereyra, 69. Aleksey Antonov.

Püşkatma nəticəsində "Qəbələ" klubu UEFA Avropa liqasının qrup mərhələsində "C" qrupunda "Borussiya Dortmund" (Almaniya), "Krasnodar" (Rusiya) və PAOK(Yunanıstan) klubları ilə bir qrupda yer alıb. Şimal klubumuz ilk oyununu sentyabrı 17-si 8-ci km. qəsəbə stadionunda keçirəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar