Cəbhədə atışma: bir erməni hərbçi öldürüldü

Azərbaycan ordusu erməni hərbçisini məhv edib. Ötən gecə qoşunların təmas xəttində - cəbhənin Tavuş istiqamətində baş verən qarşıdurma zamanı Ermənistan ordusunda müqavilə əsasında xidmət edən hərbi qulluqçusu öldürülüb.

Öldürən hərbi qulluqçu 1975-ci il təvəllüdlü Ayk Devoyandır.

Bu barədə Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Artsun Ovannisyan jurnalistlərə məlumat verib.

İki gün əvvəl də Ermənistan ordusu Azərbaycan hərbçiləri ilə silahlı qarşıdurma zamanı itki verdiyini, silahlı toqquşma zamanı cəbhənin şərq hissəsində tağım komandirinin müavini Axarun Armyan və adı məlum olmayan başqa bir zabitin də öldüyünü bəyan etmişdi.

Dünən isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi yaydığı məlumatda yalnız avqust ayı ərzində erməni ordusunun 18 hərnçisinin ölüdüyünü və 50 nəfərədək hərbi qulluqçusunun isə yaralandığını bildirmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar