İnsanlar vağzalda qatarlara hücum etdi

İki min miqrant Budapeştin dəmiryol vağzalının binasına hücum edib və qatarları cırmaqlamağa başlayıblar.ANS PRESS-in məlumatına görə, vağzal rəhbərliyi elan edib ki, Macarıstandan Qərbi Avropaölkələrinə getmək üçün bir müddətlik paytaxtdan hərəkət edən qatarların hərəkəti dayandırılıb.

Vağzal işçiləri daim tələb edirlər ki, insanlar vaqonlardan çıxsınlar və platformanı azad etsinlər. Amma miqrantlar artıq qatarları tamamilə doldurublar və onları tərk etməyə hazırlaşmırlar. Onların bəziləri isə vaqonlara pəncərələrdən qatara çıxmağa çalışırlar.

Artıq bir neçə gündür ki, Yaxın ŞərqAfrika ölkələrindən qaçanlar əllərində biletlərin olmasına baxmayaraq, AvstriyaAlmaniyaya gedə bilmirlər.

Qatarlara miqrantların doluşması

Macarıstan miqrantlar barəsində sərt mövqe tutur və bununla o, Avropanın "mühacirlərin bölgüsü" haqqındakı qanunlarına riayət etməkdən imtina edir.

Macarıstan hakimiyyətinin məlumatına görə, artıq ilin başlanğıcından bu günə qədər yüz min miqrant Macarıstana gəlib. Onlardan 35 000 nəfəri yalnız avqust ayında burada məskən salıblar. Bundan başqa, tikanlı məftillərə və hündür hasarların çəkilməsinə baxmayaraq, sərhədlərindən hər gün iki min insan ölkəyə daxil olur.

Keleti vağzalında miqrantların və polisin qarşıdurması Avropada böhranın ən pik nöqtələrindən biri olub. Qaçqınların belə dalğası yalnız 90-cı illərdə Yuqoslaviyada müharibə zamanı olub.

2015-ci ilin başlanğıcından bu günə qədər, ümumilikdə, Avropa Birliyi ölkələrinə artıq 340 min miqrant gəlib.

Miqrantlar

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar