Ramiz Mehdiyev yeni icra başçısını kollektivə təqdim edib

Sumqayıt şəhərinin yeni icra başçısı təyin olunan Zakir Fərəcov İcra Hakimiyyətinin kollektivinə təqdim olunub. Strateq.az "Unikal.org”a istinadən xəbər verir ki, təqdimat mərasimi Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin iştirakı ilə baş tutub. Z.Fərəcovu kollektivə təqdim edən aparat rəhbəri ona yeni işində uğurlar arzulayıb.

Səbail rayonuna yeni icra başçısı təyin olunan Eldar Əzizovun kollektivə təqdimat mərasimi isə Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyevin iştirakı ilə baş tutub. Mərasimdə rayonun keçmiş icra başçısı Asif Əsgərov da iştirak edib.

Xatırladaq ki, prezident İlham Əliyevin sərəncamı ilə Abşeronun icra başçısı Zakir Fərəcov Sumqayıt şəhərinə, Sumqayıt şəhərinin icra başçısı Eldar Əzizov Səbail rayonuna, Səbail rayonunun icra başçısı Asif Əsgərov isə Nəsimi rayonuna icra başçısı təyin edilib. Nəsimi rayonunun icra başçısı Nəsib Məhəməliyev isə vəzifəsiz qalıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar