Politologiya elmi Özbəkistanın inkişafı ilə ayaqlaşmır?

Xarici KİV-in məlumatına görə, Özbəkistan hökuməti ölkənin ali təhsil müəssisələrində (ATM) «Politologiya» fənninin tədrisini qadağan edib. Bu fənnin əvəzində tələbələri pambıq yığmağa göndərəcəklər («Exo Moskvı»).

Hakimiyyət dairələrinin izahına görə, qadağa üçün əsas odur ki, sözügedən fənn digər elmlərlə bir-birini təkrarlayır, onun dəqiq metodologiyası yoxdur, tədris ədəbiyyatı yalnız Qərb mənbələrinə əsaslanır və inkişafın «özbək modeli»ni işıqlandırmır.

Bundan əvvəl Özbəkistan universitetlərində «politologiya» fənni yalnız kurs səviyyəsində öyrənilirdi, çünki politologiya kafedra və fakültələri hələ 2 il bundan əvvəl bağlanmışdı. «Gazeta.ru»-nun yazdığına görə, müəllimlər hakimiyyətin bu qərarını təəssüf hissi ilə qarşılayıblar.

«Bilik karvanı»(«Bilim karvoni») qeyri-hökumət təhsil müəssisəsinin direktoru Fərhad Tolipov sovetlər dönəmini xatırlayır - o zaman bəzi fənnlər «yalançı elm» adlandırılırdı. Direktor, məktubla ölkənin təhsil nazirinə müraciət edərək, «politologiya» fənnini ATM-nə qaytarmağı xahiş edib. Bununla yanaşı, artıq ölkədə qadağan olunmaş fənnin əvəzinə tələbələrə öyrədiləcək digər «fənn» də müəyyən olunub - onları kütləvi halda pambıq tarlalarına «sürüb aparıblar».

«Qazeta.ru» qeyd edir ki, Özbəkistanın Ali və orta təhsil nazirliyinin saytında hələ ki, «politologiya» fənninin qadağan olunması barədə sənəd dərc olunmayıb.

Göründüyü kimi, Prezident seçkilərində İslam Kərimovun 98,0 faiz səs toplaması artıq öz bəhrəsini verməyə başlayıb və heç şübhə yoxdur ki, «inkişafın özbək modeli» özbək xalqını xoşbəxt gələcəyə aparıb çıxaracaq.

Ölkədə politoloq bir olar - o da ki, Kərimovdur, daha bu fənni öyrənməyə nə hacət...

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar