​Zakir Həsənov Böyük Britaniyaya səfər edəcək

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkədəki fövqəladə və səlahiyyətli səfiri İrfan Siddiq ilə görüşüb. Bu barədə “Report”a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub, Azərbaycanın işğal edilmiş ərazilərindəki qondarma separatçı rejimin nümayəndələrinin bəzi beynəlxalq qurumlar tərəfindən qəbul edilməsinin narahatçılıq doğurması ifadə olunaraq, bölgədəki hərbi-siyasi vəziyyət, ölkələrimiz arasında hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Eyni zamanda, müdafiə naziri general-polkovnik Zakir Həsənovun Böyük Britaniyaya planlaşdırılan səfəri barədə məsələlər də müzakirə edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar