Rusiya Azərbaycana müşahidəçi göndərir

Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndələri Belarusda keçiriləcək prezident, Azərbaycan və Qırğızıstanda keçiriləcək parlament seçkilərinə müşahidəçi göndərəcək.

APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya MSK-nın sədri Vladimir Çurov bildirib.

V. Çurov parlament seçkilərində müşahidəçi qismində iştirak etmək üçün özünün də Azərbaycana səfər etməyi planlaşdırdığını qeyd edib: "Belarusa da getmək niyyətim var. Ancaq bütün planlar sentyabrın 13-dən sonra dəqiqləşəcək".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar