Dünya “qanuni oğrular”ının 57%-i gürcülərdir - Statistika

Dünyada 485 nəfər “qanuni oğru” titulunun sahibi var.

Oxu.az xəbər verir ki, bunu Rusiyanın “Praym Kraym” informasiya portalı iddia edir.

Saytın informasiyasına görə, bu rəqəmin yalnız dörddə biri – 118 nəfər – barmaqlıq arxasındadır (Qırğızıstandan Belçikaya qədər), o cümlədən də 37-si istintaq altındadır.

Müvafiq olaraq azadlıqda 367 nəfər qalır, onların 14-ü heç də vicdanı təmizlər siyahısına daxil deyil, belə ki, törətdikləri cinayətlərə görə, bir neçə ölkə hakimiyyəti tərəfindən axtarılırlar.

“Qanuni oğrular”ın arasında ən gənci Revaz Ubilavadır, bu il onun 22 yaşı tamam oldu.

Yaş şkalasının əks tərəfində 88 yaşlı Borya Uşatıy durur, o, 70-ci illərdən ABŞ-da yaşayır.

Onun həmyaşıdı Kukura Zedaşidze Gürcüstan DİN-in hesabatında hələ də oğru kimi qeydiyyatdadır.

276 nəfər və ya dünya oğrularının 57%-i gürcülərdir. Onlar əslən olduğu şəhərlərdən bütöv klan ilə təqdim edilirlər.

İkinci yerdə ruslardır. Onlar cəmi 61 nəfərdirlər.

Liderlərin üçlüyünü ermənilər tamamlayır. Onlar Ermənistanda yaşayır və vətənlərinin hüdudlarından kənara çıxmırlar. Hakimiyyətin oğrular üçün yaratdıqları şəraitdən sonra hətta Soçidə yaşayan oğrular belə vətənə qayıdıb.

Dördüncü yer heç də azərbaycanlılarda deyil, yəqin çoxları bu yerin yezidilərə məxsus olduğunu düşünə bilər. Ded Xasan və Şakronun simasında onlar artıq 25 ildir ki, Rusiyada kriminal vəziyyətə nəzarət edirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar