Ombudsmanın nümayəndələri Yadigar Sadıqovla görüşüblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmə zamanı MPQ üzvləri tərəfindən müəssisə daxilində müxtəlif obyektlərdə, o cümlədən yataqxanalarda, cərimə təcridxanasında, tibb-sanitar hissəsində, görüş yerlərində 40-dan çox məhkum fərdi qaydada dinlənilib, habelə bir sıra şəxslər öz xahişləri ilə təkbətək qəbul edilib, söhbətlər aparılıb, bəzi müraciətlər yerində araşdırılıb.

Qəbul edilmiş şəxslər, o cümlədən Müsavat Partiyası başqanının müavini Yadigar Sadıqov şəraitdən və müəssisə əməkdaşlarının rəftarından narazılıq etməyib, onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.

Müəssisənin yataqxanalarına, cərimə təcridxanasına, tibb-sanitar hissəsinə, görüş yerlərinə, yeməkxanasına, mətbəxinə və digər obyektlərə baxışlar zamanı saxlanılma şəraiti, tibbi yardım, qidalanma, içməli, isti və soyuq su təminatı, sovqat, gəzinti, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb, müvafiq təmir işlərinin aparılması müsbət dəyərləndirilib.

Başçəkmə çərçivəsində milli və beynəlxalq qanunvericiliyə, o cümlədən CÇM-nin daxili intizam Qaydalarına müvafiq şəkildə müəssisə rəhbərliyinə saxlanılma şəraitinin, tibbi xidmətin və sənədləşmənin aparılması işinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar