İŞİD döyüş taktikasını dəyişdi

İŞİD terror qruplaşmasının silahlıları kürd silahlı birləşmələri ilə davam edən döyüşlər zamanı Suriyanın əraziləri üzərində nəzarəti itirir.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Suriya İnsan Haqları Şurasının rəhbəri Paulo Serjiu Pineyru bildirib.

Onun sözlərinə görə, İŞİD silahlıları kürd silahlı dəstələri ilə döyüşlərdə uğradıqları bir neçə məğlubiyyətdən sonra hücum taktikasını dayandıraraq terrorçu-kamikadze, məsafədən idarə olunan minalanmış avtomobillər, yaxud pusqu vasitəsilə terror aktları törətməyə üstünlük verməyə başlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar