Türkiyədə 12 qaçqının ölümü ilə bağlı 4 suriyalı saxlanılıb

On iki nəfərin ölümü ilə nəticələnən Suriyalı qaçqınların Türkiyədən Yunanıstanın Kos adasına daşınmasının təşkilində iştirak etmiş 4 suriyalı Türkiyə polisi tərəfindən saxlanılıb. APA-nın verdiyi xəbərə görə, bu barədə “Haber Türk”ə hüquq mühafizə orqanlarındakı mənbə bildirib.

Qeyd edək ki, ötən gün miqrantları daşıyan iki qayıq batıb. Hadisə nəticəsində 5-i uşaq olmaqla 12 nəfər boğularaq ölüb, 2 nəfər isə itkin düşüb. Dalğalar uşaqların meyitlərini Bodrum sahillərinə çıxarıb. Suriyadan qaçan 17 nəfər Yunanıstanın Kos adasından istifadə etməklə rezin qayıqlarla Avropaya keçmək istəyiblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar