ABŞ və Ukrayna birgə yeni raket-daşıyıcı yaradacaq

Xarici KİV-in məlumatına görə, Ukrayna ABŞ şirkətləri ilə birgə yeni daşıyıcı raketlər yaratmaq fikrindədir. Bu barədə Ukrayna dövlət kosmik agentliyinin sədri Lyubomir Sabadoş xəbər verib. Hal-hazırda o, ABŞ-da səfərdədir (Rosbalt).

«Bizim səfərimiz və Amerika biznes nümayəndələri ilə müzakirələr söyləməyə imkan verir ki, biz, birgə raket-daşıyıcılar yarada bilərik. Bu raketlər orbital stansiyalara insanların çatdırılması işini öz üzərinə götürə bilər» - deyə, «Amerikanın səsi» Sabadoşdan sitat gətirir.

Ukraynalı qonaq daha sonra deyib: «Biz başa düşürük, iqtisadiyyat sahəsində çətinliklərimiz olduğu bir vaxtda, yalnız kosmik sahəyə sərmayə yatırmaq doğru olmazdı. Amma hökumətimiz beynəlxalq tərəfdaşlarla kosmik əməkdaşlığın inkişafına xüsusi önəm verir».

Deyilənlərə uğurlu nümunə kimi, Agentlik rəhbəri Ukrayna şirkətlərinin ABŞ-ın «Antares» daşıyıcı raketinin yaradılması prosesindəki iştirakını önə çəkib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar