İran Suriya rəhbərliyinə plan təqdim edib

iran-_flag_tehran_030415İran tərəfi Suriya rəhbərliyinə ölkədəki böhranın aradan qaldırılması planını təqdim edib. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə İran XİN rəhbərinin müavini Əmir Abdullahiyan bildirib.

Onun sözlərinə görə, Suriya prezidenti Bəşər Əsəd təklifləri alqışlayaraq, bunu İran tərəfindən konstruktiv siyasi təşəbbüs adlandırıb. Tərəflər ilkin ideyaların inkişaf etdirilməsinə dair razılığa gəliblər, danışıqların XİN rəhbərləri səviyyəsində davam etdirməyə qərar veriblər.

Əmir Abdullahiyanın sözlərinə görə, o hazırda İran tərəfinin irəli sürdüyü təkliflərin detallarını açıqlaya bilməyəcəyini bildirərək, Bəşər Əsədin böhranın aradan qaldırılması prosesində iştirak etməsinin vacib şərt adlandırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar