Türkiyə parlamenti orduya verdiyi mandatın müddətini uzatdı

Türkiyə parlamenti İraq və Suriyaya ordunun yeridilməsinə dair mandatın müddətini bir il uzadıb.

APA-nın məlumatına görə, mandat ordu birləşmələrinin İraq və Suriyaya yeridərək İŞİD terror qruplaşması ilə mübarizə aparmağa imkan verir.

Bununla belə, Türkiyə rəhbərliyi ölkənin milli təhlükəsizliyinə birbaşa təhlükə yaranmayınca quru əməliyyatlara başlamaq niyyətində deyil.

Qeyd edək ki, Türkiyə Hərbi-Hava Qüvvələri ötən həftə İŞİD-lə mübarizə aparan ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyaya qoşulub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar