7 bal gücündə zəlzələ: dağıntılar və ölən var - FOTOLAR - Yenilənir

Artıq sosial şəbəkələrdə zəlzələnin nəticələrini əks etdirən ilk fotolar yayılıb. Həmin fotolardan da aydın görünür ki, binalardın divarlarında dərin çatlar yaranıb.

Yerli sakinlərin verdiyi məlumatlara görə, dağıntılar var. Amma insan tələfatı haqda heç bir məlumat yoxdur.

Bu gün səhər saatlarında Şəkidə baş verən güclü təbii fəlakət nəticəsində dağıntılar baş verib.

Bu barədə rayonun icra başçısı Elxan Usubov bildirib. Onun sözlərinə görə, hazırda zəlzələ nəticəsində əmlaklarında dağıntı-uçqun və çatlar yaranan vətəndaşlar Şəki Rayon İcra Hakimiyyətinə (RİH) müraciət edirlər.

“Hazırda dağıntılarla bağlı müraciətlər gəlməkdədir. Biz gələn müraciətləri qeydə alırıq və qeyd edilən yerlərə mütəxəssislər göndərilir. Zəlzələ nəticəsində, şükürlər olsun ki, insan tələfatı qeydə alınmayıb. Gün ərzində baş verən dağıntıların hesabatı aparılacaq və sayları məlum olacaq”, - deyə Elxan Usubov bildirib.

İcra başçısı deyir ki, araşdırmalardan sonra zəlzələ nəticəsində dəyən ziyanın miqdarı məlum olacaq.

Virtualaz.org saytının xəbərinə görə, Mingəçevirdən olan deputat Aydın Mirzəzadə isə öz facebook səhifəsində yazıb ki, bu şəhərdəki bəzi binalara ciddi zərər dəyib.

“Mən icra hakimiyyətinə zəng vurdum. Oradan dedilər ki, Mingəçevirdə ciddi dağıntılar yoxdur” - deyə deputat bildirib.

“Ölkə ərazisində bir neçə rayon və şəhərdə baş verən zəlzələ Gəncədə də hiss olunsa da heç bir dağıntı törətməyib”.

Bu barədə virtualaz.org saytına Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, hazırda şəhərdə hər şey qaydasındadır.

“Düzdür, zəlzələ hiss olunsa da heç bir panika yaranmayıb. Hər şey yaxşıdır, hamımız işimizin başındayıq” - deyə icra hakimiyyətinin nümayəndəsi bildirib.

Göyçayda zəlzələ nəticəsində iki uşaq anası su quyusuna düşərək ölüb.

"Report" xəbər verir ki, rayonun Məlikkənd kənd sakini, 1987-ci il təvəllüdlü İbadova Ruhiyyə Mustafa qızı zəlzələ baş verən zaman yaşadığı evin həyatyanı sahəsində su quyusunun yanında olub. Təkanların təsirindən ayağı sürüşərək su quyusuna düşüb.

Quyuda elektrik enerjisi ilə işləyən su motoru işlək vəziyyətdə olduğundan, cərəyan R.İbadovanı öldürüb.

Şəkidə baş verən güclü zəlzələ Azərbaycanın çox böyük ərazisini əhatə edib.Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmologiya şöbəsinin müdiri Tahir Məmmədlinin lent.az-a verdiyi məlumata görə, 12 ballıq şkala üzrə episentrdə 7 bal gücündə olan zəlzələ Bakıya qədər bütün rayonlarda hiss olunub: "Bakının çoxmərtəbəli binalarında yaşayan əhali də zəlzələni hiss edib. Şamaxıda zəlzələ 4 bal gücündə hiss olunub”.T.Məmmədli deyib ki, zəlzələ olan bölgədən aktiv qırılma keçir: “Zaqatala-Balakəndən Şamaxıya qədər uzanan dərinlik qırılmasının aktiv hissəsi Şəkidən keçir. Ona görə də həmin bölgədə zəlzələ olması ehtimalı həmişə yüksək olub. Amma bilavasitə Şəkinin özündə belə yüksək maqnitudalı zələlə olmamışdı”.

Ölkənin şimal-qərb və aran zonasında zəlzələ olub. Yevlax sakinlərinin Trend-ə verdiyi məlumatəlumata görə, zəlzələ hiss olunub. Yerli sakinlər təşvişə düşüb.

Gələn məlumatlara görə, zəlzələnin təkanları Mingəçevirdə, İsmayıllıda, Ağcabədidə, Şirvanda, Şamaxıda, Göyçayda, Ağdaşda və başqa yaxın rayonlarda da hiss edilib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşı Tahir Məmmədov Oxu.Az-a bildirib ki, zəlzələnin olması ilə bağlı hazırda araşdırma aparılır.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ bu gün saat 09.49-da Şəki arazisində qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində 7 bala qədər hiss olunub. Zəlzələnin dərinliyi 13 km olub. Dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

“Report”un xəbərinə görə, Bakı, Gəncə, Mingəçevir şəhərlərində, Ağdam, Sabirabad rayonlarında, habelə ölkənin bir sıra rayonlarında təkanlar qeydə alınıb.

"AzPolitika.info"ya verilən məlumata görə, zəlzələ Oguz və Qəbələ rayonlarında da dağıntılıra səbəb olub.

Xatırladaq ki, bir neçə gün əvvəl də Şəkidə də zəlzələ olmuşdu.

Şəkidə baş verən güclü zəlzələ Azərbaycanın çox böyük ərazisini əhatə edib.

Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmologiya şöbəsinin müdiri Tahir Məmmədlinin lent.az-a verdiyi məlumata görə, 12 ballıq şkala üzrə episentrdə 7 bal gücündə olan zəlzələ Bakıya qədər bütün rayonlarda hiss olunub: “Bakının hündürmərtəbəli binalarında yaşayan əhali də zəlzələni hiss edib. Şamaxıda zəlzələ 4 bal gücündə hiss olunub”.

T. Məmmədli deyib ki, zəlzələ olan bölgədən aktiv qırılma keçir: “Zaqatala-Balakəndən Şamaxıya qədər uzanan dərinlik qırılmasının aktiv hissəsi Şəkidən keçir. Ona görə də həmin bölgədə zəlzələ olması ehtimalı həmişə yüksək olub. Amma bilavasitə Şəkinin özündə belə yüksək maqnitudalı zəlzələ olmamışdı”.

---

Zəzlzələ Ucar, Göyçay, Ağdaş, Şamaxı, Zaqatala, Balakən, Şəki, Tovuz rayonlarında hiss olunub

Bu gün səhər saatlarında Azərbaycan ərazisində güclü zəlzələ olub. APA-nın xəbərinə görə, yer sarsıntısı Ucar, Göyçay, Ağdaş, Şamaxı, Zaqatala, Balakən, Şəki, Tovuz rayonlarında hiss olunub.

Qeyd edək ki, həmin saatlarda Gürcüstan ərazisində də zəlzələ qeydə alınıb. Hələlik zəlzələnin episentri məlum deyil.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar