Baxçalıdan Türkeşə maraqlı cavab - Foto

Əhməd Davudoğlu və Tuğrul Türkeş birlikdə bozqurdların liderinin qəbrini ziyarət etmişdilər.

Türkiyədə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı MHP-nin qurucusu və sabiq sədri mərhum Alparslan Türkeşin qəbrini ziyarət edib. Anspress-in yerli mətbuata istinadən verdiyi məlumata görə, BaxçalıTürkeşin məzarını gül suyu və zəmzəmlə yuyub. Mərhum Türkeşin qəbrinin yuyulması isə heç də təsadüfi hesab edilmir. Çünki bir neçə gün əvvəl Türkiyənin baş naziri Əhməd Davudoğlu və baş nazirin müavini Yılmaz Tuğrul Türkeş birlikdə bozqurdların liderinin qəbrini ziyarət etmişdilər.

Dövlət Baxçalı gül suyu və zəmzəmlə Türkeşin qəbrini yuyur

Ötən həftə Türkiyədə seçkiyə qədər müvəqqəti hökumət qurulmasına qərar verildiyi zaman MHP sədri Dövlət Baxçalı yeni hökumət üçün partiyasından nazir vermyəcəyini açıqlamışdı. Buna baxmayaraq MHP-dən millət vəkili olan Yıldırım Tuğrul Türkeş baş nazir Əhməd Davudoğlunun yeni nazirlər kabinetinin üzvü olmaq təklifini qəbul etmişdi. Bundan sonra Türkeş Davudoğlu tərəfindən baş nazirin müavini vəzifəsinə təyin olunub.

Əhməd Davudoğlu və Tuğrul Türkeş Alparslan Türkeşin qəbrini ziyarət edərkən

Yıldırım Tuğrul Türkeş MHP-nin qurucusu və sabiq sədri, Türkiyədə və dünyada Bozqurdların lideri (Başbuğ) hesab olunan mərhum Alparslan Türkeşin oğludur. Başda Dövlət Baxçalı olmaqla əksər bozqurdlar hesab edirlər ki, Davudoğlunun vəzifə təklifini qəbul edərək Y. T. Türkeş atasının irsinə xəyanət edib.

Bəzi mətbuorqanlar isə iddia edir ki, Baxçalı bu hərəkəti ilə, “Türkeşin məzarı çirkləndi, bu səbəbdən də yuyuldu” – mesajı verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar