Bəzi tikililərdə çatlar əmələ gəlib

surushme-zelzele-catAzərbaycanda bu gün səhər saatlarında baş verən zəlzələ nəticəsində Oğuz və Şəki rayonlarında bir sıra yaşayış məntəqələrindəki evlərdə çatlar əmələ gəlib.

Oğuz rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Etibar Yusifov APA-nın Şəki-Zaqatala bürosuna bildirib ki, ilkin məlumata görə, rayonun Padar, Muxas, Qarabulaq, Kərimli kəndlərində bir sıra köhnə tikililərdə iri və xarda çatlar yaranıb. Bir neçə evin divarında isə azmiqyaslı uçma halları baş verib.

Şəki rayonunun icra qurumlarından da bildirilib ki, zəlzələnin episentrinə yaxın ərazilərdə - Turan qəsəbəsi, Sarıca kəndi və s. köhnə tikililərdə çatlar yaranıb.

Hər iki rayonun FHK əməkdaşları həmin ərazilərə ezam olunub, evlərə baxış keçirilir.

Xəsarət alan yoxdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar