«Superay»ın tam tutulması sentyabrda baş verəcək!

Astronomlar xəbər verirlər ki, «superay»ın tam tutulması hadisəsi sentyabrın 28-də baş verəcək. Belə hadisə hər 18 ildən bir baş verir («Exo Moskvı»).

Bu qeyri-adi hadisə zamanı Yerin kölgəsi Ayı qan-qırmızı rəngə boyayır. Həmin anlarda Yerin peyki adi günlərdə olduğundan daha parlaq və daha böyük görünəcək. Qeyri-adi gözəlliyi ilə dəqqəti cəlb edən bu təzahürü astronomiyada «superay» tutulması adlandırırlar.

Hadisə elə dövrdə baş verir ki, bu zaman Günəş sistemini təşkil edən səma cismləri müəyyən mövqeyə gəlirlər. «Tam Ay» anında Ay və Yer bir-birinə maksimum yaxınlaşır, ardınca isə «tutulma» baş verir. Bu maraqlı astronomik təzahürü bu dəfə Şimali və Cənubi Amerikada, Afrikada və Avropada seyr etmək mümkün olacaq.

Növbəti dəfə isə hadisə yalnız 2033-cü ildə təkrar olacaq. Səmada bu nadir mənzərəni müşahidə etmək üçün horizontun şərq tərəfinə baxmaq lazımdır. Bu zaman görüntünün qarşısı bina və ağaclarla kəsilməməlidir. Astronomlar xəbərdarlıq edirlər ki, adi tutqun və buludlu hava şəraiti «tam ay» tutulmasının bütün gözəlliyi ilə müşahidə edilməsinə mane ola bilər.

Bundan başqa, yaxın vaxtlarda Yer sakinlərini daha bir neçə yadda qalan səma görüntüsü gözləyir. Bu il 3 dəfə «superay» hadisəsi baş verəcək. Bununla yanaşı, adi ay tutulması hadisəsini daha tez-tez müşahidə etmək olur. Bu hadisə 2,5 ildən bir baş verir.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar