“Bütün bunlar spekulyasiya və siyasi intriqadır” - Saakaşvili

Odessa Dövlət dairə administrasiyasının (DDA) rəhbəri Mixeil Saakaşvili bəyan edib ki, Ukraynanın baş naziri olmağa hazırlaşmır, Oxu.Az İnterfaks-a istinadən bildirir.

“Baş nazir olmağı planlamıram. Bütün bunlar spekulyasiya və siyasi intriqadır”, - Saakaşvili “Fokus”da cümə günü dərc edilən müsahibəsində bəyan edib.

Bundan başqa, Odessa DDA rəhbəri Ukrayna prezidenti Pyotr Poroşenkoya elə də böyük hörmətinin olmadığını qeyd edib.

“Mən onu çoxdan tanıyıram, hörmət edirəm, amma bu mənə ona xoş olmayan sözləri deməyə mane olmur. Bu baxımdan mən ümumiyyətlə, susmağı bacarmıram”, - Saakaşvili bildirib.

Daha öncə Ukrayna prezidentinin rəsmi saytında Odessa DDA-nın rəhbəri Saakaşvilinin baş nazir vəzifəsinə təyin edilməsinə dair tələb ilə petisiyanın qeydiyyatdan keçirildiyi bildirilmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar