"Məni toyunda görmək istəyənlər bir milyonundan keçməlidir" - Xalq artisti

“Bundan sonra Azərbaycan toylarında mahnı oxumayacam”. Bu sözləri Lent.az-a açıqlamasında xalq artisti Bilal Əliyev deyib. O bildirib ki, yalnız xarici ölkələrdəki çıxışlarından pul qazanacaq: “Artıq belə qərara gəldim ki, Azərbaycanda toylara getməyim. Bütün diqqətimi yönəltmişəm xarici estradaya. 20 yeni mahnı yazdırmışam. Hazırda aranjeman işləri gedir. Bundan sonra yalnız xarici ölkələrdə olan toylara gedəcəm. Yeni mövsüm üçün toy qiymətimi də ilk dəfə açıqlayıram, bir milyon. Bəlkə də buna bir çoxları inanmayacaq, amma həqiqətdir. Məni toyunda görmək istəyənlər bir milyonundan keçməlidir”.

Qeyd edək ki, B.Əliyev ötən mövsüm açıqlamasında bildirmişdi ki, toya 130 min manata gedir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar