Kreditdə yeni qayda: 50/50

kredit"FINCA Azerbaijan" Qeyri-Bank Kredit Təşkilatı kreditlərin verilməsini yeni qaydada həyata keçirir.

Təşkilatdan “Marja”ya verilən məlumata görə, hazırda yeni müştərilərə mikro kreditlər 50 faiz dollar, 50 faiz isə manatla təklif olunur.

“Hazırda “FINCA Azerbaijan”da mikro kreditlərin maksimal məbləği 25.000 vəsait təşkil edir və mikro kreditlər 50 faiz dollar, 50 faiz isə manatla təklif olunur. Mikro kreditlərdə FİFD 25%, müddət isə 3-36 aydır”,- deyə Qeyri-Bank Kredit Təşkilatından bildirilib.

Yeni qaydalar müştərilərin və təşkilatın risklərini azaltmaq üçün olduğunu bildirən “FINCA Azerbaijan”, 25.000 vəsaitdən yuxarı böyük biznes kreditlərini isə daha çox manatla təklif edir: “Məsələn 100.000 biznes krediti götürən şəxsə vəsaitin 70 % AZN, 30 % isə USD ilə təklif edirik”.

Qeyd edək ki, 21 Fevral tarixindəki devalvasiyadan sonra banklara dollarda kredit borcu olan müştərilər çətin vəziyyətə düşdülər. Dollar Manat qarşısında 34% bahalaşdığından onların kreditləri də manat ifadəsində bir o qədər artdı. Bununla bağlı olaraq bir sıra insanlar banklara borclarını qaytarmaqda çətinlik çəkdilər. Mövcud vəziyəti qiymətləndirən "FINCA Azerbaijan" dollarla kreditlərini geri qaytarmaqda çətinlik çəkən müştərilərin kreditlərini manata restruktrizasiya etməsi üçün çevik imkanlar yaradıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar