"Əsgər silahla davranış qaydalarının pozulması nəticəsində həlak olub"

Bəzi elektron kütləvi informasiya vasitələrində atəşkəs rejiminin pozulması nəticəsində Silahlı Qüvvələrin hərbi qulluqçusu əsgər Orucov Samir Dadaş oğlunun şəhid olması barədə məlumat yayılıb.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Zərdab rayonundan hərbi xidmətə çağırılmış əsgər S.Orucov sentyabrın 3-də silahla davranış qaydalarının pozulması nəticəsində yaralanıb.

Yaralı əsgərə ilkin tibbi yardım göstərilməsinə baxmayaraq o, hərbi tibb müəssisəsinə aparılarkən yolda keçinib.

Hadisə ilə bağlı cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar