AMİP daha 10 namizədini müəyyənləşdirib

AMİPAzərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının növbəti iclası keçirilib.

Partiyadan APA-ya verilən məlumata görə, iclasda AMİP-in qarşıdan gələn parlament seçkilərinə hazırlığı müzakirə olunub. Siyasi Şura Milli Məclisə seçkilərdə partiyanı təmsil edəcək növbəti 10 nəfərin namizədliyini təsdiq edib.

İclasda eyni zamanda AMİP-in səlahiyyətli nümayəndələri və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələi təsdiq olunub və qanunvericiliyə müvafiq olaraq bütün sənədlərin Mərkəzi Seçki Komissiyasına təqdim olunması qərara alınıb.

Qeyd edək ki, siyahıda AMİP baş katibi Arzuxan Əlizadə, Mərkəzi Şuranın sədri Aydın Əliyev və digərlərinin adları var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar