MƏRKƏZİ BANK DAHA 1,2 MİLYARD İTİRDİ - Valyuta ehtiyatlarımız 52 faiz azalıb

merkezi bank azpolitikaAzərbaycanın Mərkəzi Bankı 31.08.2015-ci il tarixinə valyuta ehtiyatlarının məbləği barədə məlumatı açıqlayıb. “Marja” xəbər verir ki, Avqustun 31-nə Mərkəzi Bankın valyuta ehtiyatları 7 mlyard 315.4 milyon dollar təşkil edib. Bu, İyulun 31-i ilə müqayisədə 1 milyard 186,1 milyon dollar və ya 14% azdır.

Ötən ilin İyul ayından Mərkəzi Bankın valyuta ehtiyatları azalırdı. Ehtiyatların azalmasının dayandırılması üçün manatın devalvasiyası reallaşdırılmışdı. 2014-cü ilin 30 iyul tarixində Mərkəzi Bankın valyuta ehtiyatları 15 milyard 193.4 milyon dollara çıxmışdı. Bankın hazırkı ehtiyatları həmin pik səviyyə ilə müqayisədə 7 milyard 847,8 milyon dollar və ya 51,7% azdır.

Qeyd edək ki, Avqustun sonlarında Azərbaycan əhalisi 2-ci devalvasiyanın olacağından narahat idi. Həmin günlər əhali tərəfindən xeyli məbləğdə valyuta alınmışdır.

Tarix mln. ABŞ 

dolları

31.08.2015 7315.4
31.07.2015 8501.5
30.06.2015 8520.2
29.05.2015 8430.8
30.04.2015 8387.9
31.03.2015 9472.1
28.02.2015 11004.4
31.01.2015 12680.8
31.12.2014 13758.3
30.11.2014 14996.3
31.10.2014 15033.6
30.09.2014 15042.4
31.08.2014 15190.9
31.07.2014 15193.4
30.06.2014 15163.2

 

 

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar