“Bank of Azerbaijan" 2 aydır maaş verə bilmir

hafka hafiz memmedov azpolitika.info bank of azerbaijan“Bank of Azerbaijan”nın əməkdaşları təxminən 2 aydır ki, əmək haqqı almır. Bankdakı mənbənin verdiyi məlumata görə, buna səbəb nağd pul çatışmazlığıdır: “Maaşımız formal olaraq hesablanır, amma ödənilmir. Nə kassadan o pulu almaq, nə də bankomatdan çıxarmaq mümkün deyil”.

Bank əmanətçilər qarşısında da öhdəliklərini hələ tam yerinə yetirməyib. Onlarla insan bankdan pulunu almaq üçün növbədədir. “Bank of Azerbaijan” yenə də əmanətləri adambaşı 200-300 manat olmaqla, hissə-hissə qaytarır. Bu proses isə əsasən bankın baş ofisində həyata keçirilir. Nadir hallarda bankın filiallarından əmanətçilərə pul ödənilir.

"Bank of Azerbaijan"-ın əsası, Azərbaycanın Mərkəzi bankı tərəfindən verilmiş 166 №-li lisenziya əsasında 1993-cü ilin dekabr ayının 1-də qoyulmuşdur. 2004-cü ildə Bank öz təşkilati-hüquqi strukturunu dəyişərək Açıq Səhmdar Cəmiyyətinə çevrilir. 2006-cı ildə səhmdarların ümumi iclasında Bankın adının "Bank of Azerbaijan" ASC adına dəyişdirilməsi haqda qərar qəbul edilmişdir. "Bank of Azerbaijan"-ın səhmdarları aşağıdakı şəxslərdir:

Məmmədov Kənan Hafiz oğlu 21,817.500 AZN (43.63%)

Məmmədov Sənan Hafiz oğlu 21,817.500 AZN (43.63%)

Məmmədov Mübariz Məcid oğlu 6,030.000 AZN(12.07%)

NEM Holdinq 335.000 AZN(0.67%)

Cəmi: 50,000.000 AZN(100%

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar