NEFTİN UCUZLAŞMASININ ƏSL SƏBƏBİ MƏLUM OLDU – İstehsalçılar 2 trilyon dollar itiriblər!

Neftin qiymətinin kəskin sıçrayışları bütün dünya iqtisadiyyatının və maliyyə bazarlarının sabitliyini pozur. Keçən il neftin qiyməti 110 dollardan 55 dollara qədər aşağı düşəndə bunun səbəbi aydın idi. Çünki Səudiyyə Ərəbistanı dünya neft bazarında öz payını artırmaq qərarına gəlmişdi. Amma neftin qiymətinin daha sonrakı düşüşünü nə ilə izah etmək olar? Neft qiymətinin indiki düşüşünün standart izahı Çində və ya bütün qlobal iqtisadiyyatda gözlənilən ressesiya ilə əlaqələndirilir. Hərçənd ki, bu versiyanı neftin qiyməti ilə fond bazarları arasındakı sərt hərəkətlənmələr müəyyən mənada təsdiq edir, ancaq hər halda bu doğru deyildir. Əsl həqiqətdə isə neftin qiyməti qlobal iqtisadi böyüməyə nisbətdə, özünü yalnız əks indikator kimi göstərib. Beləki, neftin qiymətinin aşağı düşməsi heç zaman iqtisadi tənəzzülün baş verəcəyinin yol göstəricisi və proqnozlaşdırıcısı olmayıb. (Project Syndicate)

Marqlı fakt kimi birdirmək lazımdır ki, son 50 ildəki hər bir qlobal iqtisadi gerilik neftin qiymətinin kəskin yüksəlməsi ilə müşahidə olunub. 2008-ci ildəki iqtisadi böhrandan bir il əvvəl neftin qiyməti, demək olar ki, üç dəfə - 50 dollardan 140 dollaradək yüksəlmişdi. Böhran başlayanda qiymət 40 dollara düşsə də, sonradan yenidən əvvəlki vəziyyətinə qayıtmışdı. Xammal istehsal edən ölkələr üçün metalların sənaye qiyməti həqiqətən də iqtisadi aktivliyin qabaqlayıcı indikatoru kimi, neftin düşüşündən sonra arta bilər. Məsələn, 1986-87–ci illərdə neftin qiyməti ikiqat aşağı düşdükdən bir il sonra, metalların qiyməti xeyli yüksəlmişdi.

Güclü iqtisadi mexanizm neftin qiyməti ilə dünya iqtisadiyyatının böyüməsi arasında əks hərəkətlənmələrə söykənir. Ona görə ki, dünya hazırda hər il 34 milyard barel neft yandırır və neftin qiymətinin 10 dollar aşağı düşməsi, 340 milyard dolların neft istehsalçılarından, istehlakçılara keçməsi deməkdir. Beləliklə də keçən ildən indiyədk neft qiymətinin 60 dollar düşməsi 2 trilyon dolların neft istehlakçıları arasında bölüşdürülməsi ilə nəticələnib. Bu isə 2009-cu ildə ABŞ və Çinin vergi-büdcə stimullaşdırmasına ayırdığı məbləğin birlikdəki cəmindən daha çoxdur.

Neft istehlakçıları əlavə gəlirləri kifayət qədər çox tez xərcləyirlər. Qlobal iqtisadi böyümə üçün neftin qiymətinin düşməsi həmişə pozitiv xarakter daşıyıb. Beynəlxalq Valyuta Fondunun məlumatına əsəsən, neftin qiymətinin düşməsi bütün dünya üzrə Ümumi Daxili Məhsulu 2016-cı ildə 0,5-1% qaldıracaq.

Əgər iqtisadi böyümə tempi gələn il Çin kimi istehlakçı ölkələrdə yüksələrsə, onda neftin qiymətinin düşməsi nə ilə izah oluna bilər? Bunun cavabı Çinin iqtisadiyyatında və neftə olan tələbatda deyil, Yaxın Şərq siyasəti və neft daşınması ilə əlaqədardır. Səudiyyə Ərəbistanının neft istehsalı siyasəti neftin qiymətinin ikiqat aşağı düşməsinin leyhinə olub. Lakin onlar üçün vəziyyətin qəfildən pisləşməsi İrana qarşı tətbiq olunmuş sanksiyaların ləğvinə aparan müqavilənin bağlanmasından sonra baş verib. Ümumiyyətlə, belə bir fikir vardı ki,neftin qiyməti geosiyasi hadisələrlə deyil, yalnız qlobal iqtisadi xüsusiyyətlərin gedişi ilə müəyyənləşir. Amma İranla əlaqədar olan məsələdə neft ticarəti ilə məşğul olan treyderlər birdən anladılar ki, geosiyasi hadisələr neft daşınmasını nəinki azalda, hətta onu gələcəkdə artıra da bilər. Hazırda Liviya, Rusiya, Venesuela və Nigeriyada şərtlər o qədər xoşagəlməzdir ki, neft hasilatının irəlidə də pisləşəcəyini təsəvvür etmək belə çətindir. Məlumdur ki, bir çox məhsuldar neft regionlarını siyası xaos bürüyüb. Həmin bölgələrdəki istənilən stabillik əlamətləri çox sürətlə neft daşınmasını normal şəkildə artıracaq.

Sanksiyalar aradan qalxan kimi İran gündəlik neft ixracını iki milyon barel artıracağına söz verib və onlar sonrakı mərhələdə isə ümumi ixracı bir qədər də qaldıracaq. Bunun üçün İran ümumi istehsal həcmini təxminən 1970-ci illərdəki hasilatın zirvə nöqtəsində olduğu kimi (daxili təlabatla birlikdə) gün ərzində 6 milyon barelə kimi yüksəltməlidir. 1970-ci illərdən bu tərəfə neft çıxarma texnologiyasının nə qədər inkişaf və tərəqqiyə nali olduğunu nəzərə alsaq, İranın 40 il əvvəlki istehsal gücünü bərpa etməsini çətin məqsəd saymaq olmaz. İran dünyada Səudiyyə Ərəbistanı, Rusiya və Venesueladan sonra ən böyük neft ehtiyatı olan dördüncü ölkədir.

Çıxarılacaq əlavə neftə alıcıların tapılması üçün İran, Səudiyyə Ərəbistanı, İraq, Qazaxıstan, Rusiya və digər ölkələrlə sərt şəkildə rəqabət aparmalı olacaq. Həmçinin bütün bu ölkələr öz istehsal güclərini ABŞ-da hazırlanmş yeni istehsal texnologiyasından istifadə etmək hesabına qətiyyətli şəkildə artırmaq fikrindədirlər.

Səudiyyə Ərəbistanının neft istehsalı üzərindəki inhisarının dağılması və Şimali Amerka istehsal xərcləri hesabına uzun müddətli neft qiyməti tavanının 50 dollar ərtafında dolaşması hesabına, indiki rəqabət mühitində neftlə digər normal məhsullar kimi ticarət aparmaq mümkün olacaq.

Deməli, əgər siz neftin qiymətinin nə üçün aşağı düşdüyünü anlamaq istəyirsinizsə, onda Çinın istehlak tələbatını yaddan çıxarıb, bütün fikrinizi Yaxın Şərqdəki istehsala tərəf yönəldəcəksiziniz. Dünya iqtisadiyyatının necə fəaliyyət göstərməsini bilmək istəyirsinizsə, fond birjalarında baş verənləri unudun və yadda saxlayın ki, ucuz neft həmişə qlobal iqtisadi böyüməni qaldırır.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar