Kommunist Partiyası məhkəmənin qərarı ilə ləğv olundu! - Qazaxıstanda

Qazaxıstan KİV-nin yaydığı məlumata görə, bu ölkədə Kommunist partiyası məhkəmənin qərarı əsasında ləğv olunub. Alma-Atı şəhər məhkəmələrinin birinə bu barədə iddia ilə Qazıxıstanın Ədliyyə nazirliyi müraciət edib («Exo Moskvı»).

Xəbərdə deyilir ki, Ədliyyə nazirliyi partiyanın siyasi strukturlarını yoxladıqdan sonra, onun fəaliyyətində pozuntular aşkar edib. Bundan əvvəl isə məhkəmələr Qazaxıstan Kommunist partiyasının fəaliyyətini dayandırmışdı.

Bu ləğvetmədən sonra, Qazaxıstanda rəsmi qeydiyyatdan keçmiş səkkiz partiya qaldı.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar