“Qəbələ”dən Cavid Hüseynovla bağlı yeni açıqlama

"Qəbələ" İdman Klubu həbsdə olan futbolçusu Cavid Hüseynovun adının Avropa Liqasının qrup mərhələsinin iştirak ərizəsinə salınmasına aydınlıq gətirib.

Qol.Az-ın xəbərinə görə, klubun rəsmi Facebook səhifəsində yayılan açıqlamada bildirilir ki, adıçəkilən futbolçu barəsində seçilən 3 aylıq həbs qətimkan tədbiri noyabrın əvvəlində başa çatır.

“Qrup oyunları isə dekabr ayının ortalarınadək davam edəcək. Əgər istintaq nəticəsində Cavid Hüseynovun günahsızlığı təsdiq edilsə və futbolçu azadlığa buraxılsa, o qrup oyunlarında iştirak etmək şansı qazanacaq. Məhz bu ehtimal nəzərə alınaraq Cavid Hüseynovun adı iştirak ərizəsinə salınıb.

Xatırladaq ki, Avropa Liqasının qrup mərhələsi üçün təqdim olunan iştirak ərizəsinə sonradan əlavələr etmək mümkün deyil” – deyə açıqlamada qeyd olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar