GÜLTƏKİN HACIBƏYLİ TƏHDİD EDİLDİ - “Gör sənin başına nə oyun açacam”

Bugün Yasamal Rayon Məhkəməsində Milli Şura üzvü Gültəkin Hacıbəyliyə qarşı xüsusi ittiham qaydasında məhkəmə iclası keçirilib. Sərdar Mehrəliyevin sədrliyi ilə keçirilən prosesdə qarşı tərəf Gültəkin Hacıbəylini təhqir və təhdid edib.

Bu barədə “Azadlıq”a Gültəkin Hacıbəylinin vəkili Bəhruz Baramov məlumat verib. Onun sözlərinə görə məhkəmə prosesində açıq şəkildə Gültəkin Hacıbəyli hədələnib: “ Bildiyiniz kimi Gültəkin Hacıbəyliyə qarşı xüsusi ittiham qaydasında cinayət işi açılıb. Guya, Gültəkin xanım qarşı tərəfin şərəf və ləyaqətini təhqir edib.Bugün keçirilən məhkəmə prosesində Gültəkin Hacıbəyli dəfələrlə təhqir olundu, hədələrə məruz qaldı. Yəni, Gültəkin Hacıbəyliyə qarşı,dəfələrlə “korsan”, “gör sənin başına nə oyun açacam” tipli mesajlar verildi. Həm Mahmud Mehdiyev, həm də Aynur Mehdiyev Gültəkin Hacıbəylinin həyatına təhlükədir.Hakim baş verənlərlə bağlı tədbir görmədi və biz buna etirazımızı bildirdik. Biz bu hədələrlə bağlı DİN-ə müraciət edəcəyik. Hesab edirik ki, Gültəkin Hacıbəylinin təhlükəsizliyinə təminat verilməlidi”.

Məhkəmə prosesi fevralın 6-da davam edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar