Rusiyanın neft gəlirləri 42% azalıb

Rusiya 2015-ci ilin ilk 7 ayında (yanvar-iyul) ixrac etdiyi xam neftdən 56,23 milyard dollar gəlir əldə dib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42% azdır.

APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, neft gəlirlərinin azalmasının qarşısını almağa ixracın həcminin artırılması da kömək etməyib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə Rusiya 7,2% daha artıq (140,6 milyon ton) neft satıb.

Neft məhsullarından əldə olunan gəlirlər də 37% azalaraq 44,4 milyard dollara düşüb.

2015-ci ilin yanvar-iyul aylarında Rusiya ümumilikdə 210,5 milyard dollarlıq məhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,6% azdır. İxracatda yanacaq-enerji məhsullarının payı 68,5% təşkil edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar