Obama nə üçün Putinlə görüşmək istəmir? - Sabiq səfir izah edir

Xarici KİV-in məlumatına görə, ABŞ-ın Rusiyadakı sabiq səfiri Maykl Makfol Barak Obamanın Vladimir Putinlə görüşmək istəməməsinin səbəbini izəh edib. Diplomatın sözlərinə görə, bu, ABŞ Prezidentinin Rusiya televiziyası ilə yayımlanan obrazı ilə bağlıdır («Exo Moskvı»).

İki ölkə liderlərinin yaxın vaxtlarda görüşməsi çətin ki, mümkün olsun. Bu barədə ABŞ-ın Rusiyadakı sabiq səfiri öz «Twitter» səhifəsində yazıb və «Rossiya 1» telekanalının «Vesti nedeli» proqramından uyğun stopkadrı yerləşdirib. Həmin kadrda Barak Obamanın portretləri və Rusiyada qadağan olunmuş «İslam dövləti»nin lideri Əbu Bəkr əl-Bağdadinin portreti əks olunub və bir neçə kəlmə yer alıb: «Digərlərinin hüququnu saymamaq», «Məhkəməsiz öldürməyə hazır olmaq», «Dözümsüzlük və təcavüz», «Qəddarlıq».

Obamanın terrorçuların lideri ilə müqayisə olunduğu həmin buraxılış hələ ötən ilin payızında efirə çıxıb. Aparıcı Dmitri Kiselyov proqramın bu hissəsini aşağıdakı sözlərlə başa vurub: «Ne pravda li, mnoqo sovpadeniy?» («Təsadüf üçün çox deyilmi?» - red.).

Maykl Makfol həmin stop-kadrı aşağıdakı yazı ilə müşaiyət edib: «Putin televiziyası Obamanı «İŞİD» lideri ilə müqayisə edir, amma ruslar özləri-özlərinə sual verirlər ki, nə üçün Obama BMT Baş Məclisinin gedişi zamanı Putinlə görüşməyə heç də can atmır?».

Eyni zamanda, Kremldə qeyd edirlər ki, Nyu-Yorkda iki prezidentin şəxsi söhbəti planlaşdırılmır. Amma bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə imkanı istisna etməmişdi. Onun sözlərinə görə, görüş o zaman baş tuta bilər ki, belə siqnal Vaşinqtondan qaynaqlansın.

Xatırladaq ki, BMT Baş Məclisinin 70-ci sesiyası 15-22 sentyabr tarixlərində keçiriləcək.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar