Cəbhədə daha bir erməni əsgəri məhv edildi

Bu gün qondarma “DQR müdafiə nazirliyi” təmas xəttinin şimal istiqamətində sentyabrın 6-na keçən gecə baş vermiş “fövqəladə hadisə” nəticəsində bir erməni əsgərinin həlak olduğunu açıqlayıb.

Virtualaz.org xəbər verir ki, açıqlamaya əsasən saat 01.45 radələrində döyüş postunda baş vermiş “fövqəladə hadisə” nəticəsində 1996-cı ildə anadan olmuş hərbi qulluqçu Narek Arutyunyan həlak olub. Hansı “fövqəladə hadisə”dən söhbət getdiyi isə açıqlanmır.

Bir gün əvvəl erməni tərəfi təmas xəttinin Tərtər-Ağdam istiqamətində iki hərbçisini itirdiyiyini açıqlayıb.Ümumiyyətlə, sentyabrın əvvəlindən bu yana Ermənistan ordusunun rəsmən açıqlanan itkilərinin sayı 5-ə çatıb. Azərbaycan Müdafiə Nazirliyi isə düşmənin daha çox itki verdiyini bildirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar