Avropa Parlamentinin deputatı rəsmi Bakını tənqid atəşinə tutdu

"Rüstəm İbrahimbəyovun seçki prosesindən çıxarılmasına görə Azərbaycan hökumətini tənqid edirik”

Avropa Parlamentinin almaniyalı deputatı Viola Fon Kramon 9 oktyabr prezident seçkiləri ilə əlaqədar Azərbaycana müşahidəçi missiyasının göndərilməsi barədə Avropa Parlamentinin qərarı ilə bağlı bəyanatla çıxış edib.

“Biz Azərbaycanda seçkilərin müşahidəsi üçün missiyanın göndərilməsi ilə bağlı Avropa Parlamentinin qərarını alqışlayırıq. Ümid edirik ki, Avropa Parlamenti missiyası demokratik müxalifətin seçkilərdə rəqabət apara bilməsinə yardım göstərəcək.

Biz demokratik müxalifətin namizədi Rüstəm İbrahimbəyovun seçki prosesindən çıxarılmasına görə Azərbaycan hökumətini tənqid edirik”, - Turan agentliyinə daxil olan bəyanatda deyilir.

Sonra deputat qeyd edir ki, “Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətin inkişafı narahatlıq doğurur. Belə ki, hakimiyət azad, dinc toplaşmaları və birləşmələri qadağan edir.

Həmçinin deputat siyasi fəalların təqib olunmasına görə rəsmi Bakını tənqid edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar