PUTİN MÜHASİRƏYƏ ALINMIŞ ALINMAZ QALADA! – Kreml sahibi və ətrafı nə üçün əsəbiləşir?

Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) vaxtından Prezident Vladimir Putinin ən yaxın tərəfdaşlarından biri və “Ozero” kooperativinin qurucularından olan, dövlət dəmir yolunun inhisarına rəhbərlik etmiş Vladimir Yakunin tutduğu vəzifədən uzaqlaşdırılıb. Baş vermiş bu hadisədən sonra Putinin öz ətrafından yaxa qurtarmaq istədiyi ilə bağlı şayiələr güclənməyə başlayıb.

Bu hadisənin sonrası günü Putin Qara dənizin dibinə enən batiskafın sükanı arxasında fotosessiya təşkil etdi. Hal-hazırda Kremlın təbliğat maşını bütün var gücü ilə işə salınıb. Hakimiyyətin nəzarətindəki televiziya kanalları Qərbdən qaçaqmalçılıq yolu ilə gətirilən və guya ki, tərkibində zəhərli maddələr olan ərzaq məhsullarının necə yandırılmasını bayram kimi təqdim edir. (Reuters)

Putinin teatr effekti yaratmağa tərəf yönəlməsi, onun 2018-ci ildəki prezident seçkilərinə kimi, öz səlahiyyətinin necə və hansı formada uzadılmasına hazırlıqdır. Krımın ilhaq edilməsi və rus vətənpərvərliyinin parıltısı fonunda Putinin populyarlıq reytinqini Qərbi liderləri, hətta yuxuda belə görə bilməzlər. Bu elə bir yüksəklikdir ki, oradan yalnız aşağıya yuvarlanmaq mümkündür. Putinin ölkə daxilində ciddi siyasi opponentlərinin olmamasına baxmayaraq, onun yenidən seçilməsinin yolu heç də hamar deyil.

Gündəlikdə dayanan əsas məsələ Rusiya elitasının necə idarə olunmasıdır. Hətta Kreml, rejimə qarşı xalq etirazı təhlükəsinin və ya küçə yürüşlərinin əhəmiyyətli dərcədə kritik səviyyədə olmamasına baxmayaraq, indiki iqtisadi böhranın öhdəsindən gəlmək üçün vətəndaşların köməyinə ehtiyacı olduğu barəsində siqnal göndərir. Bunu elektoratın vətənpərvərlik əhvalını qaldırmaq istiqamətində saysız-hesabsız antı–Qərb bəlağətinin artmasına diqqət etməklə də anlamaq olar.

Moskvada 2011-12-ci illərdəki küçə etirazları ölkədəki iqtisadi böyümə ilə yanaşı, siyasi sərbəstlik istəyinin də önə çıxması arasında baş verirdi. İndiki halda isə iqtisadiyyat neftin qiymətinin aşağı düşməsi və Qərbin tətbiq etdiyi sanksiyalara görə laxlayır. Rusiyanın daxilindəki əhval-ruhiyyə, 4-5 il bundan əvvəlkinə nisbətən radikal surətdə fərqlidir. Paytaxt kimi böyük şəhərlərin kreativ sinfini əziblər və həmin qüvvələr əsas etibarı ilə siyasi həyatdan uzaqlaşıblar. Onların bəziləri sadəcə olaraq ölkəni tərk ediblər. İqtisadi böhran, güclü təbilğat, vətənpərvəlik ruhunda səfərbərlik və Ukraynada aparılan hibrid müharibəsindən ibarət kombinasiya, ölkədə komformizm (mövcud qaydalarla razılaşma), passivlik və biganəlik atmosferi yaradıb.

Putinin siyasi bazasını təşkil edən orta statistik rusiyalılar, böyük ehtimalla orta əsrlərdəki kimi mühasirəyə alınmış qalada yaşadıqlarını zənn edirlər. Nə üçün onlar Putinə qarşı etiraz etməlidirlər? Rəsmi təbliğata əsasən, Putin vətəndaşları Rusiyanı dağıtmaq istəyən Qərbin zalım planlarından qoruyur. Təbliğatın təsiri altına düşənlər, ölkənin sosial rifah üçün Putinin cavabdeh olduğunu unudublar.

Ümumiyyətlə isə orta statistik rusiyalı Qərb sanksiyalarından gələn məhrumiyyətlərə uyğunlaşıb. Lakin benəlxalq maliyyə sistemindən uzaqlaşdırılan Rusiya biznesmenləri üçün isə vəziyyət kəskin şəkildə pisləşib.

Hələki, Rusiya şirkətləri sədəqə və borc üçün Kremlə müracət edə bilirlər. Çox təəssüf ki, onlara veriləcək pulun həcmi, həmin şirkətlərin Putinin ətrafı ilə yaxınlıq dərəcəsindən və neftin qiymətindən asılıdır.

Siyasi reallıq isə tamamilə fərqlənir. Yüksəyə qalxan inflyasiya və ağrılı büdcə kəsintiləri, rusiyalıların televiziyada gördükləri ilə ziddiyət təşkil edir. Lakin müəyyən bir vaxta kimi, xüsusi sensasiyalar üzərində qurulmuş televiziya proqramlaşdırması, yüksək keyfiyyətli və nisbətən baha olmayan qida məhsullarını əvəz edə bilər. Kremlin siyasi komandası əmindir ki, hələki “azadlıq əvəzinə Krım və vətənpərvərlik” adlanan sosial müqavilə, bir müddət işləyəcək. Onlar əmindirlər ki, bu təbliğat poqramı 2018-ci ilədək – Putinin prezidentlik müddətinin axırına kimi öz məhsulunu verəcək.

Bəs onda Putin və hakim elita nəyə görə bu cür həyəcanlı görünür? Bəlkə də, ola bilər ki, onlar tələyə düşdüklərini hiss edirlər. 2000-2010-cu illərdə hakim elita qara qızılın yüksək qiyməti, dayanıqlı iqtisadi böyümə və daxili siyasi sistemin asan idarə olunması hesabına narahatçılıq keçirmirdi.

Ancaq bu gün söhbət strateji düşüncədən gedir. Mahiyyət etibarı ilə elita çətin bir vəziyyətdədir. Putinin 2018-ci ildə yenidən seçilməsi üçün hansı platforma işə yarıya bilər? O, Rusiya Provaslav Kilsəsi və əfsanəvi Stalin erası formatında yad fikirliliyin qəbul ounmaması ilə birlikdə yeni vətənpərvərlik libasınamı bürünəcək? Axı, bu fəndlər işləməyə də bilər!

Rusiyanın Arktikadakı məxsusi ərazilərini genişləndirmək istəyi, Kremlin Krım zəfərinin solmuş imitasiyasıdır. Sonra daha nə ola bilər? Enerji daşıyıcılarının və xammalın qiymətinin ucuz bir vaxtında iqtisadiyyatın dirçəldilməsi qətiyyən inandırıcı görünmür. Ölkəyə daxil olan investisiyalar getdikcə azalır və Rusiyanın post sovet tarixində bu ilk böhrandır ki, istehlakın səviyyəsi hədsiz sürətlə düşür. Hətta, astronomik yüksək reytinqinin olmasına baxmayaraq, Putinin vəziyyəti daha kövrək görünür. Sanksiyalar və Qərblə olan romantik münasibətlərin başa çatması, Rusiya liderini beynəlxalq arenada izolyasiyaya salıb. Belə görünür ki, sanki Kremlin mühasirəyə alınmış alınmaz qala tikməsi, onun baş memarının həmin qalaya həbs edilməsi ilə nəticələnib.

Vaqif NƏSİBOV

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar