Bir neçə hərbi hissəsinin maliyyə rəislərinə cinayət işi açılıb

Müdafiə Nazirliyinin 6 hərbi hissəsinin maliyyə xidməti rəisləri cinayət məsuliyyətinə cəlb olunublar.

APA-nın məlumatına görə, bu barədə bu gün keçirilən kollegiya iclasında baş prokurorun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib.

O, qeyd edib ki, 3013-cü ildə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissələrinin sabiq maliyyə xidməti rəisləri Rüstəmov İlqar Faiq oğlunun, Əliyev Zaur Bayram oğlunun, Nəzərov Şahmar Məmməd oğlunun, Salamov Məmməd Akif oğlunun, Əliyev Rauf Əsgər oğlunun, Sadıqov Aydın Fəxrəddin oğlunun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 179.3.2-ci, 313-cü və 326.1-ci maddələri ilə cinayət işi başlanıb.

Həmin cinayət işlərinin istintaqı yekunlaşaraq baxılması üçün hərbi məhkəmələrə göndərilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar