ELŞAD ABDULLAYEV MTN GENERALI İLƏ GİZLİ GÖRÜŞLƏRİNİ AÇDI - 20 milyon məsələsinin ŞOK təfərrüatı -FOTOLAR

“Akif Çovdarov mənə bildirdi ki, pulun yoxdursa ABU-nu və evlərini ver, özün də rədd ol buralardan”

elsad_avdullayef_1374220027_elsad

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, Fransada siyasi mühacirətdə olan Elşad Abdullayev özünü Mahir Abdullayevin "ən yaxın dostu" kimi təqdim edən Qulu Cəfərovun "Yeni Müsavat" qəzetinə müsahibəsinə cavab müraciəti yayıb. Bir nüsxəsini də “AzPolitika.info”-ya göndərdiyi müraciətində E.Abdullayev bildirir ki, Qulu Cəfərov yaxın qohumu və  işbirliyində olduğu MTN generalı Akif Çovdarovun təzyiqilə yalanlar danışır.  

"Qulu Cəfərov necə yaxın dostdur ki, 10 ildən sonra Mahir yadına düşdü… !? Qulu Cəfərov Akif Çovdarovun təzyiqilə danışır. Onun çıxışı icazəli pəhləvanlıqdır. Biz 13 oktyabr 2014-cü il tarixindən Qulu Cəfərovu 10 ildir axtarırıq, tapa bilmirik.

Gürcüstanlı Qulu Cəfərov Mahirin oğurlanmasında iştirak edib. Akif Çovdarov MTN generalı olana qədər H.Əliyevin əmrilə 2004-cü ilə qədər axtarışda olub. Bu zaman Rusiyada olub, kriminal xətlə Azərbaycana nəzarət edib. Taxta-şalban biznesilə məşğul olub. Mahirin oğurluq işində Qulunu iştirakçı – yolgöstərən hesab edirəm."

“Qulu Cəfərov Akif Çovdarovun Nardarandakı bağ evində gizlənmişdir”

E.Abdullayev daha sonra Qulu Cəfərovun müsahibəsində təkzib etməyə çalışdığı bir yazılı öhdəlik barədə danışıb. Həmin yazılı öhdəlikdə Q.Cəfərov bildirir: “Yazıb bildirirəm ki, mən 72 min beş yüz dollar pul almışam. Sverdlovsk diyarından taxta gətirərkən məbləğ 120 min dollar olmuşdu. Hazırda Abdullayev Mahir İslam oğluna 300 min dollar borcum qalıb. Öz xəttimlə yazıram. Narazılıq etmirəm. Halal pulunu qaytarıram”. Lakin müsahibədə Q.Cəfərov deyib ki, bunları E.Abdullayevin təhdidləri altında məcburən yazıb. E.Abdullayev bununla bağlı yazır:

“Bildirmək istəyirəm ki, Qulu Cəfərovun bu yazılı izahatını mən ondan almamışam, onu Mahirin iş otağında qalmış əl diplomatından götürmüşəm. Bu izahatı aydınlaşdırmaq məqsədilə Qulu Cəfərovla görüşmək istəyirdim. O isə sonradan bizə məlum oldu ki, Akif Çovdarovun Nardarandakı bağ evində gizlənib. Mən həmin ərəfələrdə Qulu Cəfərovla görüşmək istəyirdim. Ancaq Qulu Cəfərov bizimlə görüşməkdən açıq-aşkar qaçırdı. Yəni mən heç vaxt Qulu Cəfərovla görüşməmişəm. ABU-da mənim iş otağımda da olmayıb.

Eşidəndə ki, Mahir onunla bir yerdə çox olub, onu axtarmağa başladım. Ancaq, o, mənimlə görüşməkdən imtina etdi. Əgər biz Qulu Cəfərovla görüşməmişiksə, necə Qulu Cəfərovun üstünə silah çəkə bilərdik?"

E.Abdullayev daha sonra yazır ki, əksinə, Q.Cəfərov evinə gedəndə onun üstünə silah çəkib və hədələyib: "Bildirdi ki, elə etməyin Sizi də Mahirin halına salaq. Mən Akif Çovdarovla əlaqədar etdiyim müntəzəm şikayətlərdə həmişə Qulu Cəfərovun adını qeyd etmişəm. Ancaq Akif Çovdarovun himayədarlığı ilə cinayət məsulyyətindən kənarda qalır.

Qulu Cəfərov gözlə görünən və qulaqla eşidilən gizli video ğörüntüləri saxta, montaj və yalan hesab edir. Bu gün Qulu Cəfərov daha da qabağa gedərək Mahirə öz xəttilə yazdığı 300 min borclu olması haqqında izahatını danır və etiraf etmir. Bütün bunlar Azərbaycan məhkəmə sisteminin nə vəziyyətdə olduğunu göstərir".

8 gün dalbadal ABU-da Mahirin otağında “razborkada” olmuşdur”

E.Abdullayev deyir ki, Q.Cəfərovun açıqlamaları Mahir Abdullayev cinayətini ört-basdır etmək cəhdinin davamıdır.  

"Dövlətin gücündən istifadə edərək məni şərləməklə MTN zabiti Mahir Abdullayevin oğurluq cinayətini ört-basdır etməyə cəhdlər edirlər. Onlar hətta deyirlər ki, biz Mahiri tanımırıq. Məlumdur ki, Akif Çovdarov Sverdlovski vilayətində geyindiyi sarı rəngli dublyonkayla Qulu Cəfərovla birlikdə ABU-da Mahirin iş otağında dəfələrlə olmuşdur. Qulu Cəfərov və Akif Çovdarov Mahir oğurlanandan əvvəl 8 gün dalbadal ABU-da Mahirin otağında “razborkada” olmuşdur. Sizə təqdim etdiyim fotolarda isə Akif Çovdarov Mahirin yanında özünü komandirdən asılı olan əsğər kimi aparır. (Yazıdan sonra təqdim olunan fotolara baxın).

Akif Çovdarov əsas cinayətkarı gizlətmək və məni susdurmaq ücün bir sıra KİV-in təzyiqindən, Sədinin adından, telefon təhdidlərindən, fırıldaqçı falcı-baxıcılardan, "paqonlu əcinnə"lərin kriminal təzyiq tədbirlərindən bacarıqla istifadə edirdi. Başlıca təzyiqlərindən biri də MTN-in ATM-in rəhbəri işləyən zaman PA-nın rəhbəri Ramiz Mehdiyevin yaxın qohumu, lV İdarənin rəisi Fikrət Əliyevin Azərbaycan Beynəlxalq Universitetinə prorektor təyin edilməsi idi. Bununla universiteti ələ keçirmək məqsədi güdülürdü…"

Elşad Abdullayevin müraciətin bu hissəsində açıqladığı bir məlumat isə əsl sensasiyadır. Sitat: "Prezident seçkilərinə etiraz olaraq 15-16 oktyabr 2003-cü il tarixlərində Qulu Cəfərov, Sənan İbrahimov, Hilal Əsədov və Akiv Çovdarovun Rusiyanın Sverdlovski vilayətindən gətirdikləri qeyri-azərbaycanlılardan təşkil olunmuş kriminal aləmin müzdlu qatilləri silahlı, qara maskalarda dinc nümayişçiləri qanına qəltan edib. Azərbaycan xalqına qanlı divan tutduğunuza, əlinizi nümayişcilərin qanına buladığınıza görə, bu gün gizli polisdə vəzifələrdə irəli cəkildiniz."

20 milyon məsələsinin təfərrüatı

Qeyd edək ki, Qulu Cəfərovun müsahibəsində ən diqqətçəkən məqamlardan biri Mahir Abdullayevin prezidentin qardaşı "Aqil Əliyevə çatası 20 milyon dolları" verməmək üçün elə öz qardaşı tərəfindən aradan götürülməsini iddia etməsidir. Elşad Abdullayev soruşur: "Qulu Cəfərov deyir ki, Mahir oğurlanmamışdan əvvəl Elşad Abdullayev Fransaya gedib, Aqil Əliyevə 20 milyon pul verməli idi. Nə üçün Qulu Cəfərov və Akif Çovdarov belə məxfi danışığı ictimailəşdirir…???

Bu söhbət Akif Çovdarovun “mətbəxindən” çıxıb.  Tamamilə məxfi söhbətdir, ancaq Qulu Cəfərov bunu KİV-də bəyan edir. Həqiqətən də, Azərbaycan, Gürcüstan və Ermənistan respublikalarının Fransada qrant proqramını əldə etmək ücün biz 03-11 oktyabr 2003-cü il tarixində Parisdə olduq. ABU 220 min evro dəyərində olan təhsildə Avropa qrant layihəsinin qalibi oldu. Bundan sonra mən Bakıya gəldim. 2 gün sonra Mahir paqonlu mütəşəkkil cinayətkar təşkilat tərəfindən oğurlandı.

Çaşdırıcı çoxsaylı görüşlərdən sonra, nəhayət, 2009-cu il tarixində 7 divar arxasından bizimlə savaş aparan MTN generalı Akif Çovdarov özü şəxsən mənimlə görüşdü. O, məni Novxanıya dəvət etdi. Mən deyilən ünvana çatanda Akif Çovdarov oğlu ilə birlikdə “Nissan” markalı, ağ rəngli təzə şəxsi avtomobilində nəzərə çarpmayan yerdə gözləyirdi. Oğlu sükanın arxasında oturmuşdu. Təzə 2 qara “Nissan” markalı ciplərdə isə qara maskalılar məni gözləyirdi."

“Akif Covdarov dedi: İlqar Əliyevə 20 milyon dollar pul verməlisən!”

MTNaziri,İlqar Eliyev,oglu Riyad Eliyev13-1Keçmiş rektor yazır ki, deyilən ünvana daxil olub qapını açanda ABU-da işləyən professor Nizami Süleymanovu görüb, çaşıb qalıb. Onun bundan sonra yazdıqları isə sözün əsl mənasında şokedicidir: "Nizami Süleymanovdan soruşdum ki, sən hara, Akif Çovdarov hara? O mənə bildirdi ki, Akif Çovdarov mənim mamam oğludur, yaxın qohumumdur. Mən çay süfrəsinə oturduqdan sonra bir gözü çaş, tənbəl adam görkəmli, nimdaş paltarda və görünüşdə olan Akif Çovdarov mənimlə görüşmədən yüksək tonla danışmağa başladı.

Söhbətdə yalnız ikimiz iştirak etdik. O bildirdi ki, yuxarıların tapşırığıdır, onlar da bilir  - Prezidentin əmisi oğlu İlqar Əliyevə qardaşın Mahir Abdullayevi qaytarmaq ücün 20 milyon dollar pul verməlisən. Akif Çovdarov pulun qarantiyası üçün, inandırıcı olsun deyə İlqar Əliyevin MTN naziri Eldar Mahmudovla fotosunu da mənə verdi, həmin fotonu Sizə təqdim edirəm.

“Çovdarova Mahiri geri qaytarmaq ücün bir necə dəfəyə 2,8 milyon dollar pul verdim”

O, sonra bildirdi ki, pulları mənim yaxın qohumum Fəttah kişiyə catdıracaqsan. Fəttah kişinin telefonlarını mənə verdi, vaxtını, vədəsini aydınlaşdırdıq. Bildirdi ki, Fəttah kişiyə və Nizami Süleymanova etibar edə bilərsən.

Amma, bizim bu söhbətimizdə Qulu Cəfərov iştirak etmirdi. Bundan sonra Fəttah kişi mənim və Nizami Süleymanovun mobil telefonuna zəng edərək, məndən pul gözlədiyini bildirdi. Lakin, mən onunla görüşmədim.

Bir necə dəfə Akif Çovdarovun gizlin mobil telefonlarına zəng edərək, MTN-də iş otağında onunla görüşdüm. Ona Mahiri geri qaytarmaq ücün bir necə dəfəyə 2,8 milyon dollar pul verdim. Bildirdim ki, Sizə qədər gizli polisin “paqonlu əcinnələrinə” də Mahiri qaytarmaq üçün pul vermişəm. Sonda bildirdim ki, 20 milyon dollara imkanım catmır."

“Ağzını heç bir yanda açma, akademik Ziya Bünyadov kimi ağzından atarlar”

1m

E.Abdullayev yazır ki, bundan sonra ondan ABU-nu istəyiblər: "O isə, bu cavabı gözləyirmiş kimi mənə bildirdi ki, “yoxdursa onda ABU-nu və evlərini ver, özün də rədd ol buralardan, yoxsa qardaşını ala bilməyəcəksən, ağzını heç bir yanda açma, akademik Ziya Bünyadov kimi ağzından atarlar”.

Məni dəhşət bürümüşdü, bu general Azərbaycan xalqının milli təhlükəsizliyini qoruyur, yoxsa ...!!!???

Qulu Cəfərov bu gün utanmadan-qızarmadan nə üçün Prezidentin əmisi oğlu İlqar Əliyevə çatası 20 milyonu açıq- aşkar bəyan edir? Bu nəyə hesablanıbdır…!!! ???

Hesab edirəm ki, Qulu Cəfərovun dili ilə Prezident İlham Əliyevi şantaj edirlər. O, 10 ildir ki, ortalarda yoxdur, Akif Çovdarovun bağ evində gizlənirdi. İstintaqa gəlməkdən imtina edirdi. Hətta, istintaq aparanları söyüb təhqir edib.

İndi birdən-birə şantaj bəyanatı ilə çıxış edir. Çünki özü bildirir ki, 1 ildir ondan şübhələnməyə başlayıblar, onun ölkədən çıxmasına yasaq qoyulubdur. O Mahirin oğurlanmasına görə həbs oluna bilər. MTN naziri Eldar Mahmudovun adından mənimlə görüşən Sahib müəllim (Mirsahib Məcidov və “Qarbacovun” dəstəsi) ictimailəşmiş gizli video görüntülərdə də bildirir ki, biz Mahiri Mirbabadan (Akif Çovdarovdan) geri almaq üçün danışıqları Qulu Cəfərovla aparırdıq.

Deyirdilər ki, Qulu Cəfərov bizimlə görüşlərə tapanca və “Kalaşnikovla” gəlirdi. Mirsahib Məcidov və “Qarbacovun dəstəsi" məhkəmə tərəfindən 7 il azadlıqdan məhrum olunub. Ancaq Qulu Cəfərov və Akif Çovdarov hələ də məhkəmə məsuliyyətinə cəlb olunmayıblar.

Bu təhlükə açıq-aşkar ortada olduğu üçün onlar Prezident İlham Əliyevə mesaj verirlər ki..."

V.Nəsibov

Fotolar: 1. Mahir Abdullayev Akif Çovdarovla Sverdlovskidə

2. MTN başçısı Eldar Mahmudov və İlqar Əliyev

SverdlovsiMTNaziri,İlqar Eliyev,oglu Riyad Eliyev13-1

 

 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar